Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:20

Övladlığa götürülən ayaqsız qız paralimpiya mükafatçısı oldu


Elizabeth Stone (ən sağda) Londonda bürünc medal qazandı
Elizabeth Stone (ən sağda) Londonda bürünc medal qazandı
-
Londonda keçirilən Paralimpiya Oyunlarında ABŞ-ı təmsil edən 22 yaşlı Elizabeth Stone 100 metr məsafəyə arxası üstə üzmədə bürünc medal qazanıb. Əslində Pekində o, daha yaxşı nəticə göstərərək gümüş medal qazanmışdı. Elizabeth bu uğurlarını sağ qıçının yarısı olmadan qazanıb.

Elizabeth Stone 1990-cı ildə Gürcüstanın Kutaisi şəhərində doğulub. Valideynləri onu uşaq evinə verib. Sonradan övladlığa götürülüb. Elizabeth deyir ki, mübariz olmasında ən yaxşı təcrübəni ona həyat özü verib:

«Mən Kutaisidə uşaq evində yaşamışam. Düzdür, o dövr çox yadıma gəlmir. Yadımda qalan miskinlik, içində qırmızı vedrə olan hamam qalıb».

Elizabeth düşünür ki, valideynlərinin onu uşaq evinə verməsinə doğulandan bir qıçının yarısının olmaması səbəb olub. O deyir ki, Gürcüstan SSRİ ölkəsi idi. Həmin vaxt əlil uşağı olan adama yaxşı baxmırdılar:

«Yəqin həm də valideynlərim mənə çəkiləcək tibbi xərclərin çox olacağını da bilirmiş».

«ÜZÜNDƏN MÜBARİZLİK YAĞIRDI»

ABŞ-ın Miçiqan ştatından olan fizioterapevt Linda Stone o vaxt xüsusi ehtiyacı olan bir uşağı övladlığa götürmək istəyirmiş. Bir gün onların mərkəzinə Kutaisidən olan uşaqların şəkilləri gəlib. Linda deyir:

«Gördüm ki, Elizabeth’dən başqa başlarında bant olan 4 uşaq var. Onlar çox passiv görünürdü. Elizabeth isə başını dik tutmuşdu. Üzündən mübarizlik yağırdı».

4 yaşında olarkən ABŞ-a gələndən 1 ay sonra Elizabeth'ə protez qıç düzəldilir. Bu protezə gürcü adı
Elizabeth Stone (sağda) 100 metr məsafəyə üzməyə hazırlaşır
Elizabeth Stone (sağda) 100 metr məsafəyə üzməyə hazırlaşır
verilir:

«Mən Amerikaya gələndə gürcücə danışırdım. Mənə protez taxılanda ona «pexi» dedim. Bu da gürcü dilində «qıç» deməkdir. Anam isə ona «Becky» deyirdi. O vaxtdan da ayağıma «Becky» deyirəm».

SAĞLAM ÜZGÜÇÜNÜ GERİDƏ QOYDU

Ancaq Elizabeth hər dəfə üzəndə, «Becky»ni çıxarıb kənara qoyur. Hətta o, tam sağlam üzgüçülərlə də yarışıb:

«İlk yarışda mən sondan ikinci gəldim. Ancaq kimisə yenə də arxada qoya bildim. Heç olmasa, bir nəfəri belə geridə qoymaq mənim üçün qığılcım oldu».

Elizabeth deyir ki, ABŞ-da gördüyü tibbi diqqət və əlil atletlər üçün olan imkanlar heç bir yerdə yoxdur. O, Londona gəlməmişdən əvvəl həftədə 6 gün məşq edib. Bunu bəhrəsini də görür. Artıq o, üzgüçülüyün bateflay növü üzrə 100 metr məsafəyə üzməkdə də bürünc medal qazanıb.

Elizabeth deyir ki, bir gün Gürcüstana gedəcək. Ola bilsin, bioloji valideynlərini də axtarsın.

Elizabeth Stone keçmiş SSRİ-dən övladlığa götürülmüş paralimpiyaçılardan biridir. 20 yaşlı üzgücü Jessica Long'un isə hər iki ayağı amputasiya olunub. Əvvəlki adı Tatiana Kirillova olan Jessica 13 aylıq olanda İrkutskdakı uşaq evindən övladlığa götürülüb. O, artıq 4 qızıl medal qazanıb. Bütün karyerası boyu isə 15 medal qazanıb.

2004-cü il Afina Paralimpiya Oyunlarının ulduzu Mikhaila Rutherford da övladlığa verilən idmançılardandır. Çernobıl qəzasından Minskə qaçan anası onu elə bu şəhərdə övladlığa verib.
XS
SM
MD
LG