Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:42

Gürcüstan müxalifəti mitinqə çıxıb


«Gürcü arzusu» koalisiyasının mitinqi
«Gürcü arzusu» koalisiyasının mitinqi
-
Gürcüstanda müxalifətdə olan «Gürcü arzusu» koalisiyasının tərəfdarları paytaxt Tbilisi və Kutaisidə etiraz mitinqinə çıxıblar.

Jurnalistlərin dediklərinə görə, Tbilisi mitinqində 100 mindən çox adam iştirak edib.

Müxalifət lideri və biznesmen Bidzina İvanishvili mitinqdə bildirib ki, xalq mövcud rejimə qarşı hökm çıxarıb və hər şey oktyabrın 1-də keçiriləcək seçkilərdə qanuni şəkildə sənədləşdiriləcək.

İvanishvili mövcud hakimiyyəti insanları təqib etməkdə və müxalifətə qarşı terrorda ittiham edib.

Bundan bir gün əvvəl isə Tbilisidə hakim partiya - «Milli Hərəkat»ın tərəfdarları mitinqə çıxıblar.

Prezident Mikheil Saakashvili öz növbəsində müxalifətə qarşı bir sıra ittihamlar irəli sürüb.

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləridir.

XS
SM
MD
LG