Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:01

Rihanna «Crystal Hall»da konsert verməyə hazırlaşır


Rihanna
Rihanna
FIFA U-17 qadınlararası dünya çempionatı çərçivəsində Azərbaycana gələn pop müğənni Rihanna oktyabrın 6-sı «Crystal Hall»da konsert proqramı ilə çıxış edəcək.

Bundan əvvəl dünya çempionatın açılışında Jenifer Lopez əvvəlcə Tofiq Bəhramov adına Respublika stadionunda, növbəti gün isə «Crystal Hall»da konsert proqramı verib.

Çempionatın sonuncu günü, oktyabrın 14-də Shakiranın Bakıda konsert verəcəyi gözlənilir.

BÜTÜN YARIMFİNALÇILAR MÜƏYYƏNLƏŞDİ

Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında keçirilən dünya çempionatında son yarımfinalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Qana milli komandasıdır.

Afrikalılar 1/4 finalda Yaponiyanı minimal hesabla yenib – 1:0. Bakıdakı 8-ci km stadionunda baş tutmuş qarşılaşmada yeganə topu 53-cü dəqiqədə Sherifatu Sumaila vurub.

Yarımfinalda Qananın rəqibi Fransa millisi olacaq. Oktyabrın 9-da elə 8-ci km stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. Həmin gün saat 17:00-da eyni arenada başlanacaq digər yarımfinal görüşündə isə Almaniya və KXDR yığmaları üz-üzə gələcəklər.
XS
SM
MD
LG