Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:41

Əlisəmid Kür. Ömrün çiçək vaxtı


-




Çox şeyə tələsdim...
Sevməyə belə,
Qoşuldum hər nəğmə səsinə axdım.
İndi ürəyimi tutsam da dilə
Keçir sevgi yaşım –
Ömrümün çiçək vaxtı.

Keçir, elə keçir yel atlı sevgim,
Dönüb arxasınca baxa bilmirəm –
Vallah, sevməyi də bacarmıram heç.

Ürəyim qınamaz doğmanı yadı,
Mənim sevgi payım bura qədərmiş.
Məhəbbət haqqında yazdıqlarımın
Hamısı bəxtimə düşən kədərmiş.

Daha ayrılığın yoxdur qorxusu,
İstəyin mənsiz də tək-tənha çapar.
Bizim sevgimizin ömründən uzun
Kölgəni sürüyüb arxanca apar –
Keçir sevgi yaşım...

1982
XS
SM
MD
LG