Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:50

Tar UNESCO-nun Reprezentativ siyahısına daxil edilib


Tar
Tar
-
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

UNESCO-nun bu sessiyası dekabrın 3-dən 7-dək Parisdə keçirilir.

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Komitənin sessiyasında 2003-cü il Konvensiyasının gələcəyi, Komitənin fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, digər üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyalar da müzakirə olunur.

Xatırladaq ki, ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı, eyni zamanda Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
XS
SM
MD
LG