Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:40

ABŞ senatı Sergei Magnitsky aktını təsdiqləyib


Hüquqşünas Sergei Magnitsky
Hüquqşünas Sergei Magnitsky
-
ABŞ senatı Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar tətbiq edilməsini nəzərdə tutan aktı təsdiqləyib.
Senatın 92 üzvü qanun layihəsinin lehinə, 4-ü isə əleyhinə səs verib.
Sənədi bundan əvvəl Konqresin Nümayəndələr Palatası da təsdiqləyib.
“Hermitage Capital” fondunun hüquqşunası Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Akta görə, Sergei Magnitsky-nin ölümündə şübhəli bilinənlər şəxslər ABŞ-a getməyi qadağan edilir, bank hesabları dondurulur.

Şengen zonası ölkələri də aktı dəstəkləyir.
XS
SM
MD
LG