Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:16

Rüstəm İbrahimbəyovun Kinoittifaqı Hökumət Evindən çıxarılır [Video]


Rüstəm İbrahimbəyovun təşkilatı "Hökumət Evi"ndən çıxarıldı
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00
-
Yazıçı, rejissor Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqı Hökumət Evindən çıxarılır. Bu haqda AzadlıqRadiosuna İttifaqın katibi Əli İsa Cabbarov deyib. Onun sözlərinə görə, qurum üzvlərinə bununla bağlı heç bir sənəd göstərilməyib:

«Bu gün yanvarın 23-də saat 12-də Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi gəldi. Bildirdi ki, biz binadan çıxmalıyıq. Biz sənəd tələb etdik. Dedi ki, siz çıxın, sənəd sonra göstəriləcək».

Əli İsa Cabbarov deyir ki, Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi onlara binadan çıxmaq üçün əlavə vaxt verməyib. Artıq Hökumət Evinin işçiləri İttifaqın əşyalarını otaqlardan çıxarır və saat 18-dək onlar buranı tərk etməlidirlər. «Əşyalarımızı müvəqqəti olaraq Hökumət Evinin anbarında saxlayacaqlar».

İttifaqın sədri Rüstəm İbrahimbəyov və onun üzv olduğu Ziyalılar Forumu siyasi hakimiyyəti tənqid edir.

Bir qədər əvvəl Kinematoqrafçılar İttifaqına alternativ kino təşkilatı yaradılıb. Ötən həftə isə ittifaqın vergidən yayınması ilə bağlı araşdırmalar başlanıb.

İbrahimbəyov baş verənləri onu susdurmaq cəhdi adlandırır.
XS
SM
MD
LG