Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:40

Ovçuluq və silah saxlanması ilə bağlı cərimələr


-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.



Maddə 73. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə
Lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə —

fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir

Maddə 119. Damazlıq işi haqqında qanunvericiliyin pozulması
119.0. Damazlıq işi haqqında qanunvericiliyin pozulmasına, yəni:

119.0.1. qüvvədə olan normativ sənədlər üzrə qiymətləndirilməmiş dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;

119.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə (standartlara) uyğun gəlməyən törədicilərdən istifadə edilməsinə;

119.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına;

119.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;

119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə;

119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə —

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir
Maddə 119-1. Atçılıq haqqında qanunvericiliyin pozulması
119-1.1. Atçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq sahədə göstərişlərinin yerinə yetirilməməsinə görə —

fiziki şəxslər on manatdan iyirmi manatadək, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilirlər.

119-1.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə —

vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər.

119-1.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə —

fiziki şəxslər otuz manatdan qırx manatadək, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilirlər
Maddə 120. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması

120.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:

120.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad verilməsinə;

120.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;

120.0.3. istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına;

120.0.4. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;

120.0.5. istehlakçının bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılmasına;

120.0.6. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;

120.0.7. dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir

Maddə 121. Toxumçuluq haqqında qanunvericiliyin pozulması
121.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:
121.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;
121.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uy­ğun­luq ser­ti­fi­ka­tı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;
121.0.3. to­xum par­ti­ya­sı­nın key­fiy­yə­ti­nin qiy­mət­lən­di­ril­mə­si qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;
121.0.4. lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;
121.0.5. toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsinə;
121.0.6. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə —

fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz otuz manatadək miqdarda cərimə edilir
Maddə 123. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması
123.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
123.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanılmasına, satışına və tətbiq edilməsinə;
123.0.2. pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qanunvericiliklə müəyyən edilmiş xüsusi yerlərdən kənarda zərərsizləşdirilməsinə;
123.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına;
123.0.4. Ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə;
123.0.5. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;
123.0.6. qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;
123.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına;
123.0.8. qanunvericiliklə müəyyən olunmuş qaydada icazə olmadan təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə —

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir

Maddə 123-1. Satış məqsədi olmadan tər­ki­bin­də nar­ko­tik mad­də­lər olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası
Satış məqsədi olmadan tər­ki­bin­də nar­ko­tik mad­də­lər olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsi, ye­tiş­di­ril­mə­si və ya top­la­nıl­ma­sı­na görə —

on manatdan on beş manatadək miqdarda cərimə edilir

Maddə 124. Karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların daşınması
Xarici ölkələrdən gətirilmiş, karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların sərhəd, dəniz və çay limanlarından (körpülərindən), dəmir yolu stansiyalarından, avtovağzallardan (avtostansiyalardan), aeroportlardan və digər sərhəd məntəqələrindən daşınmasına görə —

fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir

Maddə 125. Baytarlıq haqqında qanunvericiliyin pozulması
125.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
125.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;
125.0.2. heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;
125.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;
125.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və digər qərarları icra etməməyə görə —

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir

Maddə 126. İt və pişik saxlama qaydalarının pozulması
Şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə —

beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir

Maddə 127. Qırmızı kitaba daxil olunmuş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olunmuş və xüsusi mühafizə olunan bitki və heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə —

otuz manatdan altmış manatadək miqdarda cərimə edilir

Maddə 128. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması
128.1. Zooloji kolleksiyaların yaradılmasının, zənginləşdirilməsinin, saxlanmasının, istifadəsinin, dövlət uçotuna alınmasının, Azərbaycan Respublikasına gətirilməsinin, onun hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə —

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

128.2. Zooloji kolleksiyalarla qanunvericiliklə müəyyən edilmiş ticarət qaydalarının pozulmasına görə —
fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Maddə 129. Heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi, onların və digər heyvanlar aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi

129.1. Heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə —
iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

129.2. Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə —
iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir

Maddə 232. Mülki silahın satış qaydasının pozulması
Ticarət müəssisələri (təşkilatları) işçilərinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazəsi olmayan fiziki şəxslərə, müəssisə, idarə və təşkilatlara mülki silahı və onun üçün döyüş sursatı satmasına görə —

vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir

Maddə 233. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması
Vətəndaşların mülki silahının və döyüş sursatının saxlaması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən xüsusi icazə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, onların bu silahı satmaqdan boyun qaçırmasına görə —

silah və döyüş sursatı ödənişlə alınır və səkkiz manatdan on beş manatadək miqdarda cərimə edilir

Maddə 344. Mülki silahı qeydiyyata aldırma (yenidən qeydiyyata aldırma) qaydalarının pozulması
Mülki silahın qeydiyyata aldırma (yenidən qeydiyyata aldırması) üçün müəyyən olunmuş qaydalarının pozulmasına görə —

qırx manatdan altmış manatadək miqdarda cərimə edilir

Maddə 345. Müəssisələrin, idarələrin və təşkilatların işçiləri tərəfindən xidməti silahın saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması
Müəssisə, idarə və təşkilatların xidməti silahı və döyüş sursatını daşımaq və saxlamaq üçün məsul olan işçilərinin bunların saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarını pozmağa görə —
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir

Maddə 346. Mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması
346.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə —

silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
346.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə —
silah və döyüş sursatı ödənişlə alınmaqla və ya müsadirə edilməklə səksən manatdan yüz manatadək miqdarda cərimə edilir
Maddə 347. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi və ya məhv edilməsi qaydalarının pozulması
Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə —

silah müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda cərimə edilir
XS
SM
MD
LG