Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:29

Despotik hakimiyyətlərə bina tikən memarları qınayır


"Architects` Journal"-dan görüntü
"Architects` Journal"-dan görüntü
-

Memar Daniel Libeskind Nyu Yorkda 11 sentyabr terrorunda məhv olan ekiz göydələnlərin yerindəki xatirə ansamblının müəllifidir. O, Qərbli həmkarlarına müraciət edərək bildirib ki, “despotlar üçün parıltılı küçələr salmaq mənəvi baxımından səhvdir”.

“The İndependent” yazır ki, memar Daniel Libeskind müsahibəsində bəzi həmkarlarını kəskin formada “mədəni intizama” dəvət edir, onları çağırır ki, hər hansı sövdələşmədən əvvəl sifarişçi ölkənin insan haqları reputasiyasını nəzərə alsınlar.

Daniel Libeskind-in özü bir sıra mənəvi baxımdan həssas tarixi və mədəniyyət abidələrinin müəllififdir. Yuxarıda qeyd edilən Nyu Yorkdakı “Ground Zero”dan başqa, məsələn, Berlindəki Yəhudi Muzeyi də onun layihəsi ilə tikilib.

İNSAN HAQLARINI ƏZƏN GÖYDƏLƏNLƏR

“The Architects’ Journal dərgisinə müsahibəsində memar bildirib ki, o əgər bünövrəsində mənəviyyatsızlıq şübhələri varsa, hətta bərq vuran göydələnləri belə tanımaq istəmir. “Despotlar üçün salınmış parıltılı küçələr məni maraqlandırmır”, - Damiel Libeskind deyir.

Britaniya jurnalistləri tanınmış memarın tənqid hədəflərinin hansı ölkələr olduğunu təxmin etməyə çalışırlar. Mətbuat yazır ki, Libeskindin tənqidləri çox güman bərbad insan haqları tarixçəsinə malik keçmiş sovet respublikalarında inşaat işləri aparan Qərb şirkətlərinə yönəlib.

Bunların arasında bəzi keçmiş sovet respublikalarında layihələr həyata keçirən Britaniya şirkətlərinin də adları çəkilir.

Mətbuat bildirir ki, Qərb tikinti şirkətləri həmçinin daha çox Körfəz ölkələrində iş görür.
Cənab Libeskind Polşada doğulub, lakin hazırda ikili İsrail və ABŞ vətəndaşlığına malikdir.

ARXİTEKTURA HƏM DƏ HAKİMİYYƏT RƏMZİDİR

O deyir ki, memarlar bəzən görülməsi mənəvi baxımdan düzgün olmayan işləri qəbul edirlər.

Bundan əvvəl də Libeskind “totalitar rejim” kimi səciyyələndirdiyi Çində iş görən Qərb memarlarını tənqid etmişdi.

“The İndependent” yazır ki, Londonda mənzillənmiş memar Zaha Hadid, Mətbuat Azadlığı indeksində 179 ölkə arasında 162-ci yeri tutan Azərbaycanda Heydər Əliyev mərkəzinin layihəsini hazırlayıb.

Başqa bir Britaniya memarı Norman Foster Qazaxıstanın yeni paytaxtı Astananın dizaynını öz üzrərinə götürüb.

Londonda bu yaxınlarda tikintisi başa çatmış “Shard” (Şüşə qırıntısı) göydələnini tikmiş Britaniya şirkəti “Mace” Səudiyyə Ərəbistanının Ciddə şəhərində 1 kilometr hündürlüyü olacaq göydələnin tikintisini öz üzrəinə götürüb.

“The Architects’ Journal” dərgisinin redaktoru James Pallister bildirib ki, arxitektura tarixən çox vaxt hakimiyyətlə əlaqələndirilib, bu isə həm də rejimlərə bağlılıq deməkdir.
XS
SM
MD
LG