Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:24

Serzh Sarkisian Moskvada Vladimir Putin-lə görüşür [Video]


Kremldə Putin-Sarkisian görüşü
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Kremldə Putin-Sarkisian görüşü

-
Ermənistan prezidenti Serzh Sarkisian martın 12-də moskvada Rusiya prezidenti Vladimir Putin-lə görüşüb. Görüşdə Putin fevralın 18-də keçirilən president seçkisində qələbəsi münasibətilə Sarkisian-ı təbrik edib.

Putin Ermənistanla Rusiyanın “xüsusi”münasibətlərinin olduğunu, Ermənistanda Rusiya investisiyalarının artacağılnı bildirib:

- Mən seçkidə inamlı qələbə münasibətilə size təbrik edirəm. Bu nəticələr xalqın inamını əks etdirir və bu həm də sizə seçki kampaniyasında elan olunan planların icra olunmasına yaxşı imkanlar verir.

Sarkisian da deyib ki, onun qələbədən sonra ilk xarici səfərini Moskvaya etməsi təbiidir: “Çünki Rusiya bizim strateji tərəfdaşımızdır və bu hər şeyi deyir.”

Fevralın 18-də keçirilmiş son president seçkisinin nəticələrinin saxtalaşdırıldığını düyən müxalifət hələlik Ermənistanda küçələrində müxtəlif vaxtlarda etiraz aksiyalarını davam etdirir.

Rəsmi məlumata görə seçkidə 37 səslə Sarkisiandan sonra ikinci yeri tutan Raffi Hovanisian paytaxt Yerevanın mərkəzində aclıq aksiyasına başlayıb. O, seçkinin nəticələrinin saxtalaşdırıldığı iddiası ilə Konstitusiya Məhkəməsinə də müraciət edib.
XS
SM
MD
LG