Sabunçunun küçələrini və bəzi evləri su basıb
Bakının Sabunçu rayonunun Əfəndiyev küçəsində evləri su basıb. Ərazidə yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür yağan yağışlar həyətlərə, evlərə dolub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın sakin xilas olunub. Nazirlik onu da bildirir ki, ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Arxiv
-
Sentyabr 16, 2024
'Təhsilsiz adam yaşaya bilməz' – Pirpalıd yaylağından REPORTAJ
-
Sentyabr 09, 2024
'Heç bezmirəm' - Bakıdan Şabrana pulsuz müəllimliyə gedən jurnalist
-
Avqust 15, 2024
Bakıda parlament sorğusu: 'Uşaqpulu həll edilsin'
-
Avqust 07, 2024
Fəhlə qadınlar: 'Yanacağı niyə qaldırırlar? Zülm çəkirik'