Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:38

Polis AXCP-nin toplantısını dağıdır - [Video]


Şəkidə AXCP üzvlərinin görüşü. Polis müdaxiləsindən əvvəl
Şəkidə AXCP üzvlərinin görüşü. Polis müdaxiləsindən əvvəl
-
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun AzadlıqRadiosuna verdiyi məlumata görə, mayın 5-də partiyanın şöbə sədri Əli Abdullayevin həyətində keçirilən tədbir başlayan kimi polislər ora daxil olaraq tədbiri dağıdıblar:
“Polis stolları dağıtdı, üzvlərimizi həbs etdi. Mən bir jurnalist kimi soruşdum ki, niyə üvzlərimizi həbs edirsiz. Cavab verdilər ki, belə lazımdır, belə də edirik”.
Natiq Ədilovun dediyinə görə, AXCP sədrinin müşaviri Sahib Kərimov da daxil 10 yaxın partiya üzvü polis bölməsinə aparılıb. Saxlananlar arasında müşavirəyə ev sahibliyi edən Əli Abdullayev də var.

Şəki şəhər rayon polis şöbəsi məlumatı nə təsdiq, nə də təkzib edir.

Şəki şəhər icra hakimiyyətindən də məsələyə münasibət bildirməyiblər.

Saxlanılanlar bir neçə saat sonra sərbəst buraxılıblar.
Oxşar hadisə bundan öncə də baş verib. AXCP-nin aprelin 20-də Sabirabad rayonunda keçirdiyi tədbirə də polis müdaxilə edib.

Şəkidən çəkilmiş video:
XS
SM
MD
LG