Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:23

İlham Əliyev «Eurovision»dakı səslərin araşdırılmasını tapşırıb


«Eurovision-2013»də Rusiyanı Dina Garipova təmsil edib
«Eurovision-2013»də Rusiyanı Dina Garipova təmsil edib
-
««Eurovision» müsabiqəsinin finalında Azərbaycan Rusiyaya 10 xal verib, lakin bu səslər harasa yoxa çıxıb. Konkret nə baş verdiyi bəlli deyil, Azərbaycan prezidenti İlham Əliyev bu xoşagəlməz insidentin araşdırılması üçün göstəriş verib».

apa-nın xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu «Vestnik Kavkaza» saytına müsahibəsində deyib.

Polad Bülbüloğlu bildirib ki, Azərbaycanda çoxları Rusiyaya verdikləri səslərin itməsindən qəzəblənib:

«Bizim hörmətli prezidentimiz bu məsələnin araşdırılmasını tapşırıb. Aydın olur ki, Azərbaycanda Rusiyaya səs verilib, lakin məsələ bundadır ki, bütün səslər Almaniyada hesablanır və yekun nəticə ordan yayılır».

Səfirin dediyinə görə, hazırda Azərbaycanda səslərin yenidən sayılması aparılır.
XS
SM
MD
LG