Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:07

Nemtsov Olimpiya kompleksinin tikintisində 30 milyard dollar yeyinti olduğunu iddia edir


Soçidə tikilən Olimpiya Stadionunun havadan görüntüsü. 18 may 2012
Soçidə tikilən Olimpiya Stadionunun havadan görüntüsü. 18 may 2012
Rusiya müxalifətinin liderlərindən olan Baş nazirin keçmiş müavini Boris Nemtsov iddia edir ki, gələn il Soçidə keçiriləcək qış Olimpiya oyunlarının təşkilində 30 milyard dollara qədər pul mənimsənib.

Nemtsov mayın 30-da keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə “Həmrəylik” hərəkatının üzvlərilə birlikdə xüsusi hesabat hazırlayıb:

Boris Nemtsov mətbuat konfransında. Moskva, 30 may 2013
Boris Nemtsov mətbuat konfransında. Moskva, 30 may 2013
- Açıq-aşkar görünür ki, Olimpiada üçün hazırlıq işlərində ən böyük layihələr Putinin dostlarına verilib. Biz bu Olimpiadaya hazırlıq işlərində baş verənlərin araşdırılması üçün ictimai komissiya yaradılmasına çağırırıq. Məhkəməyə də müraciət edəcəyik. Cəmiyyətdən dəstək gözləyirik.

Nemtsov bildirir ki, onun rəhbərlik etdiyi Xalq Azadlıq Partiyası rəsmən Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin-ə müraciət edərək əldə etdikləri faktların araşdırılmasına çağırıb. O həmçinin Rusiyanın Hesablama Palatasında müraciət edərək Olimpiadaya çəkilən xərclərin araşdırılmasını istəyib.

Rusiya ilk vaxtlar 2014-cü ildə keçiriləcək Soçi Qış Olimpiadası üçün tikinti və hazırlıq işlərinə 12 milyard dollar xərcləyəəyini bildirmişdi. İndi məlum olur ki, bu büdcə 51 milyard dolları keçir. Bu, tarixin ən bahalı olimpiadası ola bilər. Məsələn, 2012-ci ilin London yay Olimpiadasına Britaniya 14.3 milyard dollar xərcləmişdi.

Boris Nemtsov bundan əvvəl də bir neçə dəfə həmin Olimpiadaya hazırlıq zamanı külli miqdarda korrupsiya olduğunu iddia edən hesabatlar yayıb. Rusiya rəsmiləri adətən bu ittihamları rədd edirlər.
XS
SM
MD
LG