Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:44

«Möhtəşəm yüz il»dən aksiyaçılara dəstək


İstanbulda aksiya, 4 iyun 2013
İstanbulda aksiya, 4 iyun 2013
-
«Möhtəşəm yüz il»in Xürrəmi olmuş Meryem Uzerli «Facebook» səhifəsində Gezi Parkı etirazlarına dəstək verib.

Türkiyənin «Hürriyyət» qəzeti yazır ki, aktrisa «İstanbulun polis terroruna və kimyəvi savaşa qarşı beynəlxalq dəstəyə ehtiyacı var» yazısı olan fotoşəkli paylaşıb.

Bu filmin Sultan Süleymanı olan Halit Ergenc də öz «Facebook» səhifəsində müraciət yayımlayıb. Gezi Parkında aksiyalara da qatılan aktyor yazır ki, bir insan kimi soyuqqanlı, sakit adamdır və hər zaman zorakılığa qarşı olub:

«İstər dövlət, istər polis, istər xalq, istər bir yaxınım olsa belə, zorakılıq edənləri dəstəkləmərəm və dəstəkləməyəcəm də».

Tanınmış aktyor müraciətinin sonunda zorakılığa son qoymağa, adamları dinləməyə, eşitməyə çağırır.

Tanınmış türk müğənnisi Tarkan isə Taksim hadisələri ilə əlaqədar ölkədə planlaşdırılan konsertlərini təxirə salıb.

«Hürriyet» qəzeti yazır ki, Tarkan bunu toplumun və insan haqlarının sorun yaşaması ilə izah edib. O bildirib ki, belə həssas zamanda xalqı dəstəkləyir və onun yanındadır.

Pianoçu Fazıl Say isə Karşıyakada verdiyi konsertdə səhnədə qazanı döyəcləyərək Gezi Parkı etirazlarına dəstək verib.
XS
SM
MD
LG