Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:43

Həsən bəy və Hənifə xanım dastanı...


Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanım
Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanım

-

Günlərin birində Həsən bəy Tiflisdə çıxan «Qafqaz» qəzetini oxuyarkən gözü bir elana sataşır. Elanda Tiflis Müqəddəs Nina Məktəbini bitirənlərin siyahısı var. Onların arasında bir müsəlman qız var...

Həsən bəy düşünmədən təhsilli müsəlman qızla tanış olmaq üçün Tiflisə gedir. Gimnaziyanın direktoruna ürəyini açır...



AzadlıqRadiosunun «İz» proqramı bu dəfə qızıl arxivindən «Avropalı gəlin» radiodastanını dinləyicilərə təqdim edir.

Veriliş milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə və onun ömür-gün yoldaşı Hənifə xanım Abayevaya həsr olunub.

1872-ci il. «Əkinçi»nin yaranmasına 3 il qalır. Həsən bəy Bakı şəhər gimnaziyasında müəllim işləyir. Müsəlman Tələbələrə Yardım Cəmiyyəti qurmağa nail olub. İanə toplanışı çox ağrılı və zəif gedir. Bir il sonra Azərbaycan teatrının əsası qoyulacaq. Hələ görəcəyi işlər qarşıdadır. Yaş keçir. Evlənmək lazımdır. Evlənsə, cəmiyyətdəki tələbələri evində saxlamaq imkanı da yaranar. Amma yaşadığı şəhərdə savadlı müsəlman qız yoxdur! Problem bundadır!

Günlərin birində Həsən bəy Tiflisdə çıxan «Qafqaz» qəzetini oxuyarkən gözü bir elana sataşır. Elanda Tiflis Müqəddəs Nina Məktəbini bitirənlərin siyahısı var. Onların arasında bir müsəlman qız var...

Həsən bəy düşünmədən təhsilli müsəlman qızla tanış olmaq üçün Tiflisə gedir. Gimnaziyanın direktoruna ürəyini açır, savadlı bir müsəlman xanımla evlənmək istədiyini deyir və onun vasitəsilə Hənifə xanımla görüşə bilir...

Aradan yarım əsrdən çox vaxt ötəndən sonra öz məşhur əri haqqında xatirələr yazan Hənifə xanım həmin görüşü sanki kənardan belə təsvir edir: «Həsən bəy Hənifə xanım Abayeva ilə tanış olarkən onunla həmfikir olduqları anlaşıldı. Onlar evlənmək və bir yerdə işləmək qərarına gəldilər...».


--Bu iki cütlük hansı sınaqlardan keçdi?
--Həsən bəy öz sevimli xanımıyla hansı ilklərə imza atdı?
--Avropalı gəlin Bakıda necə yaşadı?

Milli mətbuatımızın 138-ci doğum günündə onun beşiyi başında dayananları bir daha yad edək. «İz» proqramının «Avropalı gəlin və ya Həsən bəy və Hənifə xanım» dastanı qarşınızdadır.

Həsən bəy və Hənifə xanım dastanı...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG