Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:35

«Bizim yol» jurnalistin saxlanılması ilə bağlı bəyanat yayıb


Pərviz Həşimli
Pərviz Həşimli
-
Qəzetin saytında yerləşdirilən bəyanatda bildirilir ki, qəzetin redaksiyası Pərviz Həşimliyə qarşı irəli sürülən ittihamlara inanmır:
««Bizim Yol» qəzetinin redaksiyası bəyan edir ki, Pərviz Həşimlinin belə bir cinayət əməllərində hər hansı formada iştirakına inanmır və ümid edir ki, istintaq obyektiv və qərəzsiz aparılacaq, gerçək ortaya çıxacaq».
Sentyabrın 17-də «Bizim Yol» qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzin sədri Pərviz Həşimli saxlanılıb.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə şübhəli bilinir.

Məhkəmənin qərarı ilə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Pərviz Həşimlinin evində və iş yerində axtarış aparıb. O, qanunsuz odlu silah və narkotik saxlamaqda şübhəli bilinir.
XS
SM
MD
LG