Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:29

Topçubaşının «Azərbaycan Cümhuriyyətinin yaradılması» kitabı çıxdı


-
«Azərbaycan Cümhuriyyətinin yaradılması» kitabının üz qabığı
«Azərbaycan Cümhuriyyətinin yaradılması» kitabının üz qabığı
«Azərbaycan Cümhuriyyətinin yaradılması» anıtı azərbaycançılığın, türkçülüyün, qafqazçılığın ən yaxşı tarixi, siyasi-ideoloji qaynaqlarındandır»

Bu sözləri Əlimərdan bəy Topçubaşının yenicə çapdan çıxmış “Azərbaycan Cümhuriyyətinin yaradılması” kitabına “Ön söz” də Yadigar Türkel yazıb.

Bu, kitabın kiçik düzəlişlərdən sonra ikinci çapıdır. Kitab ilk dəfə “Azərbaycanın təşəkkülü” adı ilə 1990-cı ildə Azərbaycan EA-nın “Xəbərlər”inin 3-cü sayında nəşr olunub.

Kitab 15 bölmədən ibarətdir. Quzey və Güney Qafqaz yönətim quruluşu, yaşayanları, bölgədə rus ağalığı, bu ellərin birliyi,müstəqilliyin elanı, birgə respublika qurması kitabın ayrı-ayrı bölmələrində araşdırılır.

Eləcə də, Azərbaycan Cümhuriiyyətinin torpağı, yaşayanları, yaradılması. Azərbaycan türklərinin Osmanlı türkləri ilə bağları, İranın bu bölgəyə təsiri, ölkənin təbii sərvətləri, Azərbaycanın Milli Şurası., bolşeviklərlə savaş, Bakının bolşeviklərdən qurtuluşu və s. məsələlərə aydınlııq gətirilib.
XS
SM
MD
LG