Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:36

Azərbaycanda HİV daşıyıcıları iki dəfə artıb


Arxiv foto
Arxiv foto
-
Ötən bir il ərzində Avropada və onun yaxın qonşuluğunda HİV virusuna daha 131 min adam yoluxub.
Bu isə həmin ərazidə 2012-ci ildə yoluxanların 8 faiz artdığını göstərir. Halbuki əvvəlki illərdə Avropada HİV virusu daşıyıcılarının sayı bir qayda olaraq azalmaqda idi.
Dünya Səhiyyə Təşkilatının Avropa ofisinin və Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (European Centre for Disease Prevention and Control - ECDC) yeni hesabatında bildirlir ki, HİV virusuna yoluxanların sayı artıb, hərçənd bu artım əsas etibarilə Şərqi Avropa və Mərkəzi Asiyanın payına düşür.
Hesabatda deyilir ki, Şərqdə Qazanılmız İmmunçatışmazlığı Sindromu (QİÇS) hallarının artması HİV virusunun gecikdirilmiş diaqnozu və müalicə tədbirlərinin azlığı ilə bağlıdır.
Təkcə Rusiyada HİV virusuna yenicə yoluxanların sayı 76 min nəfərdir.
QƏRBDƏ AZALIR, ŞƏRQDƏ ARTIR
Hesabat göstərir ki, 2006-2012-cui illərdə Qərbi Avropada QIÇS diaqnozu qoyulanların sayı 48 faiz azaldığı halda, keçmiş sovet respublikaları daxil olmaqla Şərqdə bu rəqəm 113 faiz yüksəlib.
Bütün dünya boyunca 35 milyon insan HİV virusunun daşıyıcısıdr və onların əksəriyyəti Afrikanın payına düşür.
BMT-nin Şərqi Avropada HİV/AİDS (QİÇS) üzrə xüsusi elçisi Michel Kazatchkine deyib ki, xəstəliyin yayılması üçün risk qrupu dəyişməz olaraq qalır.
Bunlar seks sənayesi işçiləri, narkomanlar və homoseksual kişilərdir.
DST-nin Avropa üzrə regional direktoru Zsuzsanna Jakab bildirib ki, düzgün düşünülmüş strategiya ilə Avropada HİV epidemiyasının qarşısı 2015-ci ilədək alına bilər.
Hesabatda bildirlir ki, Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikalarından alınan statistik məlumatlar məhdud olsa da, virusun heteroseksual (kişi-qadın) münasibətləri ilə yayıldığını göstərir. Bu isə o deməkdir ki, Azərbaycan, Gürcüstan və Tacikistan kimi ölkələrdə HİV əsas etibarilə narkomanlar vasitəsilə yayılır.
HİV DAŞIYICILARI AZƏRBAYCANDA İKİ DƏFƏ ARTIB
Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Qırğızıstan, Latviya, Litva və Moldovadan alınmış informasiya göstərir ki, bu səkkiz ölkədə HİV virusuna yenicə yoluxmuş şəxslər Şərqi Avropa üzrə qeydə alınmış halların 14 faizini (3541 nəfər) təşkil edir.
Bu ölkələrdə HİV-yə yoluxanların 26 faizi xəstəliyi xaricdən gətirdiklərini bildiriblər ki, bunun da 13 faizi elə Mərkəzi və Şərqi Avropanın payına düşür.
2006-cı ildən bəri Estoniya və Latviyadan başqa bu qrupa daxil ölkələrdə HİV virusuna yoluxanların sayı artmaqda davam edib.
Hər 100 min əhalinin sayına görə virus daşıyıcıları Ermənistan və Tacikistanda üç dəfə, Azərbaycan və Qırğızıstanda iki dəfə artıb.
Ümumiyyətlə, isə 2006-2013-cü illərdə xəstəliyin artdığı ölkələr Ermənistan, Azərbaycan, Belarus, Belçika, Bolqrıstan, Serbiya və Tacikistandır.
XS
SM
MD
LG