Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:40

Xədicə İsmayıl martın 13-də təkrar istintaqa çağırılıb


Xədicə İsmayıl
Xədicə İsmayıl
-
AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində təkrar ifadə verir.

Xədicə İsmayılın dediyinə görə bu dəfə istintaqda ona Amerika senatının işçiləri ilə Azərbaycan təhsilindəki problemləri niyə müzakirə etməsi ilə bağlı suallar ünvanlanıb.

"ONLAR HARANIN İTİDİR Kİ..."

“Məndən soruşdular ki, niyə Amerika senatının işçiləri ilə Azərbaycanın təhsilindəki problemlərlə bağlı danışmışam. Dedilər bizdə səs var, amma səsin kim tərəfindən verildiyini açıqlamadılar, həm də bunu protokola salmadılar. Bundan başqa müstəntiq mənə sual verəndə dedi ki, “onlar haranın itidir ki, siz onlara Azərbaycandakı problemlərlə bağlı danışırsınız”. Mən həmin ifadənin protokola salınmasını tələb etdim. Müstəntiq bunu etmədi. Ümumiyyətlə, müstəntiqin mənə verdiyi suallar olduğu kimi protokola salınmırdı. Etirazlarımdan sonra protokola bəzi əlavələr edildi, bəziləri qaldı. Mən də məcbur oldum protokolu imzalayanda müstəntiqin söhbət zamanı salmadığı məsələləri əlyazısı ilə protokola yazdım”.

Xədicə İsmayıl martın 13-də təkrar istintaqa çağırılıb.

Xədicə İsmayıl fevralın 17-də öz “Facebook” səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Jurnalist bu sənədin sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir.

MTN-nin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra dindirilmə zamanı jurnalistə “Art Garden” restoranında əcnəbilərlə keçirilən görüşlə bağlı suallar verilib. Bu arada deputat Ceyhun Osmanlı öz facebook profilində prokurorluğa sözü gedən restoranda jurnalsitin amerikalılarla söhbətini əks etdirən audio yazı təqdim etdiyi yazıb.

Bundan əvvəl jurnalistin email-nə baxış keçirilib. Dindirilmədə onu vəkil Elton Quliyev müşayiət edir.
XS
SM
MD
LG