Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:38

Ukrayna Rusiya desantının qarşısını aldığını elan edir (VİDEO)


Arxiv fotosu
Arxiv fotosu
-

Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant çıxarmasının qarşısını alıb.

Bu haqda xəbər verən Ukrayna rəsmiləri iddia edirlər ki, hadisə Krım yaxınlığında, Arbatskaya strela adlanan yarımadada baş verib.

Hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitiriy Tymchuk bildirir ki, geri çəkilən Rusiya hərbçiləri hələ də Xerson vilayəti ərazisində, separatçılarla Ukrayna rəsmi hökumət qüvvələrini ayıran sərhəd xəttinin Ukrayna tərəfindədirlər.

Ukrayna Xarici işlər nazirliyi insidentlər bağlı Rusiyaya kəskin nota verərək bildirib ki, Rusiyanın öz ərazisinə müdaxiləsinin qarşısını almaq üçün Ukrayna bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

(Hadisə yerindən çəkildiyi ehtimal olunan həvəskar video)
Ukrayna hadisələrini burada izlə
XS
SM
MD
LG