Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 12:32

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

11:40 3.5.2014

Ukraynanın Odessa şəhərində Rusiyameylli etirazçıların Ukraynanın bütövlüyü tərəfdarlarına hücumundan sonra toqquşmalar baş verib. Odessa milisinin məlumatına əsasən, 40-dan çox adam ölüb. Video: Reuters
13:22 3.5.2014

Odessada iğtişaşlar və Həmkarlar İttifaqları Evində yanğın nəticəsində ölənlərin sayı 42-yə çatıb. Daha 125 nəfər yaralanıb.

Bu haqda Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.

Mayın 2-də Odessada Ukraynanın ərazi bütövlüyünün tərəfdarları ilə Rusiyameylli etirazçılar toqquşublar. Rusiyameyllilər Həmkarlar İttifaqları Evində gizlənməyə məcbur qalıblar. Sonradan binada yanğın başlayıb. Yanğının qəsdən, yoxsa təsadüfən törəndiyi hələlik məlum deyil.

Mayın 3, 4 və 5-i Odessada matəm elan olunub.
14:40 3.5.2014
Odessadakı qarşıdurmalara görə 130-dan çox adam saxlanıb.

Onlara qarşı «qəsdən adam öldürmə», «kütləvi iğtişaşlar» və «dövlət binalarını zəbtetmə» maddələri ilə cinayət işləri açılıb.

Davamı

XS
SM
MD
LG