Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:29

Rəsulzadə haqqında ingilis dilində kitab çıxıb


Kitab
Kitab
-

M.Ə, Rəsulzadənin: «İnsanlara hürriyyət, Millətlərə istiqlal!» şüarı ingiliscə səsləndi: «Liberty For People, Independence For Nationce!»

Azərbaycanın görkəmli dövlət xadimi M. Ə. Rəsulzadə haqqında ingilis dilində kitab çapdan çıxıb.

Tarixçi Nəsiman Yaqublunun hazırladığı kitabda görkəmli siyasi xadimin həyat və fəaliyyətinin əsas məqamlarını əks etdirən faktlar, o cümlədən cox sayda foto və sənədlər yer alıb.

Müəllifin AzadlıqRadiosuna verdiyi xəbərə görə, kitabın ingilis dilində nəşr edilməsində məqsəd M.Ə. Rəsulzadəni dünya ictimaiyyətinə daha dərindən tanıtmaqdır.

Kitabın elektron versiyası müxtəlif ölkələrin arxiv və kitabxanalarına da göndəriləcək.
Kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) layihəsi çərçivəsində çap olunub.
XS
SM
MD
LG