Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:14

İspaniyayda Salvador Dali-nin ilk surrealist rəsmi tapılıb


Arxiv fotosu, Gürcüstanda Salvador Daliyə həsr olunan sərginin posteri. 10 iyun 2010
Arxiv fotosu, Gürcüstanda Salvador Daliyə həsr olunan sərginin posteri. 10 iyun 2010
Dünya mediası Salvador Dali-nin ilk sürrealist rəsminin tapıldığı barədə xəbəri paylaşır.

The Dalily Telegraph-ın yazdığına görə, ekspertlər həmin rəsmin 1921-ci ildə çəkildiyini təsdiqləyirlər. Sözügedən əsər müəllifi naməlum rəsm kimi 25 il öncə İspaniyanın Girona şəhərindəki antikvar dükanda cəmi 150 Avroya satılıb.

Sonradan məlum olub ki, bu Salvador Dali-nin fırçasının məhsuludur və rəssam onu 17 yaşında çəkib.

Xoşbəxtlikdən rəsmin alıcısı Tomeu L'Amo sənətşünas olub və o, elə ilk vaxtlardan rəsmin Dali-yə mənsubluğundan şübhələnib.

Uzun illər sürən ekspertizadan sonra Tomeu L'Amo Dali-nin müəllifliyini sübut edə bilib və hətta ötən həftə Madriddə bu məqsədlə mətbuat konfransı da keçirib.

Maraqlıdır ki, “Salvador Dali-nin ana bətnindən doğuluşu” adlanan rəsmi rəssam özü imzalayıb və tarixi də 1896-cı il göstərib. Amma Dali bu tarixdən 8 il sonra doğulduğundan əsər naməlum rəssama aid edilib.

Tomeu L'Amo -nun israrı nəticəsində rentgen, infraqırmızı foto və ultrabənövşəyi şüalardan keçirildikdən sonra rəsmin Salvador Dali-yə aid olduğu təsdiqlənib.
Qrafoloqlar da rəsmin alt yazısından gənc Dali-nin xəttini “tanıyıblar”. Katalon dilində yazılan bu kiçik ithafda buraxılan səhvləri rəssam sonrakı əsərlərində də tez-tez təkrarlayıbmış...

Rəsmin altındakı 1896 tarixinə gəlincə, mütəxəssislər bu rəqəmin bir kod olduğunu düşünürlər.

France Presse agentliyi rəsmin müəllifi müəyyənləşən kimi, Tomo L”amonun cəmi 150 Avroya aldığı əsəri adının açıqlanmasını istəməyən bir kolleksiyaçıya satdığını bildirib.

İspan rəssamı Salvador Dali (1904-1989) XX əsrin dahi rəssamlarından sayılır.
Sürrealizmin ən sayılan nümayəndəsi olan Dali sağlığında çox böyük şöhrətə qovuşmuş xoşbəxt rəssamlardandır.

O, sənətin bir çox sahələrində heykəltəraşlıq və fotoqrafiyada, kino və cizgi filmlərində, reklam və dizaynda... və hətta zərgərlikdə özünü sınayıb!

Dali həyatı boyu 1500-dən çox rəsm çəkib. Onun rəsmləri fantastik baha qiymətlərə satılır.
XS
SM
MD
LG