Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:49

Separatçılar hərbçiləri «Qrad»a tutdular

- Slavyansk və Kramatorsk şəhərlərini azad edən Ukrayna ordusu, Donetsk və Luqansk şəhərlərini mühasirəyə alır.

- Ukrayna ordu rəhbərliyi bəyan edir ki, Rusiya sərhəddə yenidən hərbi qüvvə toplayır.

- Separatçılar "döyüşü uduzmaq, hələ müharibəni uduzmaq" deyil bəyan edərək, Donetskdə möhkəmlənməyə can atırlar. Onlar şəhərə gedən əsas magistrallarda 3 körpünü partladıblar

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

00:37 4.7.2014

Slavyansk ətrafında Ukrayna postuna hücum

Slavyansk ətrafında Ukrayna postuna hücum
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

AzadliqRadiosunun müxbiri Ukrayna ordusu əsgərləri ilə müsahibə zamanı separatçılar postu atəşə tuturlar. Bu dəfə heç bir itki olmur, lakin Ukrayna əsgəri deyir ki, gündəlik olaraq hücumlara məruz qalırlar. İyunun 26-da isə posta 4 tərəfdən hücum olub. Onların BTR-lərini vurublar, həmin döyüşdə onun 2 əsgər yoldaşı həlak olub

12:46 4.7.2014

UKRAYNA ORDUSU 197 ƏSGƏR İTİRİB.

Silahlı münaqişə zonasındakı hadisələrin xəritəsi
Silahlı münaqişə zonasındakı hadisələrin xəritəsi

Ukrayna təhlükəsizlik qüvvələrinin ölkənin şərqində apardığı antiterror əməliyyatlarında indiyədək 197 əsgər həlak olub, 655 yaralanıb. Məlumatı Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin təmsilçisi Andrei Lysenko açıqlayıb. Rusiyameylli yaraqlı dəstələr Donetsk və Luqansk vilayətlərində inzibati binalara hücum edəndən sonra, aprelin 15-də Ukrayna bu dəstələri terrorçu elan edərək onlara qarşı gərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində bir sıra yaşayış məntəqələri və strateji kommunikasiya obyektləri yaraqlılardan təmizlənsə də, Rusiya ərazisindən daim silah, sursat, hərbi texnika və canlı qüvvə yardımı alan separatçılar güclü müqavimət göstərirlər. Onlar Ukrayna ordusuna məxsus 2 təyyarə və 4 hərbi vertolyotu vurublar. Separatçıların itkiləri haqda ziddiyətli məlumatlar var - Ukrayna tərəfinin hesabatlarına əsaslananda söhbət yüzlərlə öldürülmüş yaraqlılardan gedir, lakin Rusiyameylli yaraqlı dəstə liderlərinin məlumatlarında itkilərin miqyasının bundan xeyli az olduğu bildirlir.

17:05 4.7.2014

SEPARATÇILARIN LİDERİ MƏĞLUBİYYƏTDƏN DANIŞDI


İyulun 4-də Donetskdəki yaraqlı dəstələrin komandanı İgor Girkin ("Strelok" ləqəbi ilə tanınır) video vasitəsilə müraciət yayıb. Onun sözlərinə görə, Nikolayevka kəndində Rusiyameylli yaraqlılar Ukrayna ordusu tərəfindən mühasirəyə alınıb. Girkin etiraf edir ki, Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı uzun müddət müqavimət göstərə bilməyəcəklər. Özünün bədbin çıxışında Girgin növbəti dəfə Rusiyadan yardım xahiş edir və bildirir ki, belə getsə, təqribən 1 həftədən sonra onlar məğlub olacaqlar.

Davamı

XS
SM
MD
LG