Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:46

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

20:42 16.7.2014

Iyulun 16-da baş verən döyüşlər

Ukrayna təhlükəzilik şurasının iyulun 16-da Donbassda gedən döyüşləri əks erdirən xəritə
Ukrayna təhlükəzilik şurasının iyulun 16-da Donbassda gedən döyüşləri əks erdirən xəritə

Ukrayna-Rusiya sərhəddinin Donetsk vilayətinin ərazisindəki zolağında təhlükəzislik qüvvələri ilə Rusiyameylli yaraqlılar arasında döyüş baş verib. AzadliqRadiosu Rusiya xidmətinin məlumatına əsasən, 10 tank və 5 zirehli maşından istifadə edəb 200 nəfərlik bir qruplaşma Ukrayna ordusunun nəzarətində olan “Marinovka” keçid məntəqəsinə hücum edib. Döyüşdə 2 Ukrayna əsgərinin həlak olduğu bildirilir.

Ukraynanın Donbass regionunda silahlı toqquşmalar başlayandan bəri Ukrayna silahlı qüvvələri 250-dən artıq hərbçisini itirib, 1000-ə yaxın əsgər və zabit isə yaralanıb.

Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının mətbuat katibi Andrey Lysenko jurnalistlərə bildirib ki, ötən gün ərzində separatçılar hökumət qoşunlarının mövqelərinə 14 müxtəlif hücumlar həyata keçiriblər. Ukrayna əsgərlərinin Donetsk, Luqansk, Krasnodon, Provalya, Dmitrovka, Stepanovka, Amvrosievka və digər şəhərlər yaxınlığındakı postları atəşə tutulub.

Luqansk vilayətində yerləşən İzvarino sərhəd keçid məntəqəsi yaxınlığında pusquya düşən Ukrayna hərbçilərini ağır silahlardan atəşə tutublar. Lysenko itkilərin sayının dəqiqləşdirildiyini bildirib.

Separatçılar iddia edirlər ki, Ukrayna ordusu Luqanskdan geri çəkilməyə məcbur edilib.

21:00 16.7.2014

DONETSKDƏ KOMENDANT SAATI

Özünü Donetsk republikasının müdafiə naziri elan etmiş İgor Strelkov (Girkin) Donetskdə hərbi vəziyyət və komendant saatı tətbiq olunduğunu elan edib.

Təqdim etdiyimiz YT videosunda Girkin etiraf edir ki, Ukrayna ordusuna qarşı tab gətirmək üçün kifayət qədər hərbi qüvvələri yoxdur. O, belə bir variant səsləndirir ki, hərbi səfərbərlik elan edilə bilər və bilir ki, bu zaman çağırışçıların 3/4 qaçıb gedəcək. Lakin əmin edir ki, yerdə qalan canlı qüvvə ilə müdafiə oluna bilərlər.

22:22 16.7.2014

Ukrayna ordusu "gözünü açır"

Ukrayna ordusu "gözünü açır"
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Ukrayna ordusunun tərkibində döyüşən "Donbass" könüllülər batalyonu öz "Dron" qurğusunu nümayiş etdirib. Məsafədən idarə olunan və video ilə təhciz olunmuş bu qurğular müasir döyüş texnikasının üzvi bir hissəsi olub. Batalyonun komandiri deyir ki, bu qurğunun hesabına artilleriya atəşlərinin dəqiqliyi təmin olunur. O, əmin edir ki, son döyüşdə "Dron"un köməyi ilə separatçıların 2 tankı məhv edilib.

Davamı

XS
SM
MD
LG