Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:32

Təbrizdə yenidən polis nəzarəti gücləndirilib


Məşrutə inqilabının aparıcı liderlərindən biri Səttərxan
Məşrutə inqilabının aparıcı liderlərindən biri Səttərxan

İranda Məşrutə inqilabının rəsmi səviyyədə də qeyd olunan 100 illik yubileyi ilə bağlı Azərbaycan fəallarının keçirdiyi mərasimlərdə 4 azərbaycanlı nəzarət altına alınıb. Təbrizdən verilən məlumatlara görə, bayramla bağlı fəallığı nəzərə alaraq, İranın təhlükəsizlik qüvvələrinin 2000-dən çox əməkdaşı şəhərin küçələrində yerləşdirilib.


Məşrutə inqilabının liderlərindən olan Bağırxanın məzarına gedən yollar bağlanıb və bu da insanların oraya piyada axınına səbəb olub.


İyulun 6-da axşam saat 6.30-da Təbrizin Abrisan dördyolundan keçərkən Azərbaycan himnini oxuyan 4 azərbaycanlı fəal nəzarət altına alınıb. Məlumatda tutulanların kimliyi dəqiqləşdirilmir. Bağırxanın məzarını ziyarət edən bir tələbə qız təhlükəsizlik məmurlarının hədələri və təhqirləri ilə üzləşib.


1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı İran şahını bir sıra mütərəqqi islahatlar həyata keçirməyə vadar etdi. Təbrizdə Səttərxanın başçılıq etdiyi hərəkatın nəticəsində İranda bütün Şərq dünyasında ilk dəfə olaraq Konstitusiya qəbul olunub. Azərbaycanın ictimai-siyasi xadimlərdən və fikir adamlarından Məmmədəmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirin də yaxından iştirak etdiyi hərəkat həmin dövrdə yarımmüstəmləkə şəraitdə yaşayan İranın siyasi həyatında mühüm demokratik dəyişikliklərə şərait yaratdı. Amma şah hakimiyyətinin inqilaba divan tutması başlanmış islahatları yarımçıq qoydu. İranda hər il Məşrutə inqilabının ildönümü qeyd olunur.


XS
SM
MD
LG