Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:29

«Azadlıq» qəzeti və Zərdüşt Əlizadə cərimələndi


Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək
Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək

Avqustun 9-da Səbail Rayon Məhkəməsinin hakimi Alim Namazovun sədrliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanovun «Azadlıq» qəzeti və politoloq Zərdüşt Əlizadəyə qarşı iddiasının araşdırılması davam etdi. Budəfəki məhkəmə prosesində qətnamə oxunub. Politoloq Zərdüşt Əlizadə və «Azadlıq» qəzeti ayrı-ayrılıqda 5 min yeni manat cərimə olunublar. Bununla yanaşı məhkəmənin qərarına görə, «Azadlıq» qəzeti dərc olunmuş materiala görə üzr istəməlidir.


«Azadılq» qəzetinin 29 iyul tarixli sayında Zərdüşt Əlizadənin «Mirzə Sakitə qarşı çox çirkin oyun» adlı müsahibəsi məhkəmə iddiasına səbəb olmuşdu. Politoloq DİN Narkotiklərlə Mübarizə İdarəsinin yüksək vəzifəli əməkdaşlarını narkobizneslə məşğul olmaqda ittiham etmişdi. Zərdüşt Əlizadə bildirir ki, o, son vaxtlar DİN-də baş verən qalmaqallar, bir neçə dəfə aralarında polis əməkdaşları da olan narkotik maddə alverçilərinin həbs olunması barədə məlumatları oxuduqdan sonra gəldiyi qənaətini qəzetə söyləyib. Qəzetə sadəcə fikir söylədiyini deyən Zərdüşt Əlizadə məhkəmənin cərimə qərarını da fikir azadlığına qarşı addım hesab edir: «Bu elan olunmamış senzuradır, vətəndaşın, vətəndaş cəmiyyətinin rəy söyləməsinin qarşısının alınmasıdır».


Zərdüşt Əlizadə və «Azadlıq» qəzeti vəkili məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirirlər.


XS
SM
MD
LG