Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:46

OPEK Azərbaycanın neft hasilatını artırmasından narahatdır


Xəzər dənizindən ümumilikdə 75 milyon tona qədər neft çıxarıb
Xəzər dənizindən ümumilikdə 75 milyon tona qədər neft çıxarıb
Bu ilin 8 ayı ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) «Azəri-Çıraq-Günəşli» yataqlarından 14 milyon tondan çox neft çıxarıb ki, bu da keçən ilin müvafiq dövründən təxminən 2 dəfə çoxdur. Konsorsium ilin sonuna qədər daha 8 milyon ton neft çıxarmağı planlaşdırır.

2006-cı il sentyabrın 1-nə qədər isə, şirkət Xəzər dənizindən ümumilikdə 75 milyon tona qədər neft çıxarıb. «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarıla biləcək ehtiyatların ümumi həcmi isə 730 mln. ton göstərilir. Yeri gəlmişkən Azərbaycanda neft hasilatının artması məsələsi OPEK-in Vyanada keçirilən iclasında müzakirə mövzusu olub. Qurumun prezidenti Edmund Dakoru Vyanadakı iclasda təşkilatın üzvü olmayan Anqola, Braziliya, Qazaxıstan və Azərbaycanda neft hasilatının artmasından narahat olduğunu bildirib və əlavə edib ki, bu artımlar 2007-ci ildən başlayaraq neftin qiymətinin ciddi azalmasına gətirib çıxara bilər.


OPEK-in gündəlik neft hasilatını 28 milyon barel həcmində saxlamaq qərarından sonra, sentyabrın 12-də bir barel neftin qiyməti apreldən bəri ən aşağı həddə - 65,3 dollara düşüb. Bu il iyulun 14-də «Light Sweet» markalı xam neftin bir barelinin qiyməti rekord həddə - 78,40 dollara çatmışdı.


XS
SM
MD
LG