Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:38

Vaqif Səmədoğludan yeni şeir: «Bir az yatmaq istəyirəm...»


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

-

Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu «facebook» profilində yeni yazdığı şeiri paylaşıb.

İctimai-siyasi proseslərdən uzaqlaşan şair xərçəng xəstəliyi ilə mübarizə aparır.

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...

4 oktyabr, 2014, Bakı

XS
SM
MD
LG