Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:32

ATƏT Qarabağda atəşi dayandırmağa çağırdı


“Biz tərəfləri müdaxilə və hücumu, kəndlərin dinc sakinlərini hədəf almağı, assimetrik qüvvədən istifadəni dayandırmağa və gərginliyin azaldılması, atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görməyə çağırırıq”.

-

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacic Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İgor Popov (Rusiya), James Warlick (ABŞ) və Pierre Andrieu (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk, ATƏT-in baş katibi Lamberto Zannier iştirak ediblər.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə olunub.

Görüşdən sonra ATƏT-in fəaliyyətdə olan sədri Ivica Dacic, təşkilatın baş katibi Lamberto Zannier və ATƏT-in Minsk qrupunun həmsədlərinin birgə bəyanatla cıxış edib.

“Biz hamımız razıyıq ki, qoşunların təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyət pisləşir. Bu, regional sabitliyə təhlükə yaradır və dinc sakinlərin həyatını təhlükə altına salır.

Andrzej Kasprzyk
Andrzej Kasprzyk

Andrzej Kasprzykin 2015-ci ilin ilk ayı üzrə monitorinq hesabatında 12 ölüm və 18 yaralı olduğu qeyd edilir ki, bu da atəşkəs rejimi haqqında 1994-cü il sazişinin imzalanmasından bəri qurbanlar barədə ən yüksək təsdiq edilmiş məlumatlardır. Təqribən 60 nəfərin öldüyü 2014-cü ildən sonra biz zorakılığın həyəcanlı tendensiyasının davam etməsindən narahatıq”, - deyə sənəddə bildirilir.

Diplomatlar hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər gücdən istifadə etməyi dayandırmalıdırlar.

Bəyanatda o da deyilir ki, “Biz tərəfləri müdaxilə və hücumu, kəndlərin dinc sakinlərini hədəf almağı, assimetrik qüvvədən istifadəni dayandırmağa və gərginliyin azaldılması, atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görməyə çağırırıq”.

Bundan başqa, ATƏT təşkilatın Nazilər Şurasının həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının Bazeldə tərəfləri humanitar məsələləri, cəsədlərin və həbs olunanların qaytarılması məsələlərini nizamlamağa çağıran 4 dekabr 2014-cü il tarixli birgə bəyanatını təsdiq edir. Bu, eləcə də 2010-cu ilin oktyabrında Həştərxanda qəbul edilən bəyanatda qeyd edilir.

Minsk qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin tam dəstəyi ilə regionun böyük problemi olan münaqişənin sülh yolu ilə nizamlanmasına gətirib çıxara biləcək danışıqlar prosesini gücləndirə bilər. “Biz tərəfləri siyasi iradə göstərməyə və bu prosesə - heç düzəliş etmədən - dərhal başlamağı təkidlə çağırırıq”, - sonda bəyanatda qeyd edilir.

XS
SM
MD
LG