Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 09:20

Oxuyub-yazmağı bacarmayan 11-cilər


Ölkədə təhsil alan qızların sayı azalır
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Ölkədə təhsil alan qızların sayı azalır

-

Gözlə

No media source currently available

0:00 0:04:21 0:00
Direct-ə keçid

Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında imtahan verən abituriyentlərin 65%-i “2” qiymət alıb. Bu haqda komissiyanın sədri Məleykə Abbaszadə fevralın 11-də “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimindəki çıxışında bildirib.

Komissiya sədri 0-200 bal arasında nəticə göstərən abituriyentləri şərti olaraq “2” qiymət alanlar adlandırıb. O, bildirib ki, “5” qiymət alanların yəni, 500-700 bal toplayanlan abituriyentlər isə cəmi 6%-dir. O həmçinin qeyd edib ki, attestata yazılan “əla” qiymətlər şübhə doğurduğundan bu qiymətlərin qəbulda əlavə bal kimi hesablanması təklifləri hələlik qəbuledilməzdir:

“OXUYUB-YAZMAĞI BACARMAYAN ŞAGİRDLƏR VAR”

“Orta məktəbi “5” qiymətlə bitirən məzunların yalnız 42.46%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. "Əla" qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Azərbaycanda 11-ci siniflərdə oxuyub-yazmağı bacarmayan şagirdlər var ”.

Məlyekə Abbaszadə
Məlyekə Abbaszadə

Bununla yanaşı Məleykə Abbaszadə bildirib ki, 2014-cü ilin abituriyent nəticələri əvvəlki illərlə müqayisədə az da olsa yaxşılaşıb. O, şagirdlərin məktəbdən əlavə aldıqları təhsilin imtahan nəticələrinə müsbət təsir etdiyini də vurğulayıb.

27 SAXTA DİPLOM

Komissiya sədri çıxışında saxta diplom məsələsinə də toxunub. O qeyd edib ki, ötən il 27 bu cür diplom aşkarlanıb:

“2014-cü il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 nəfər ali təhsil haqqında diplomla bizə müraciət edib. Məlum olub ki, onlardan 1200-ü bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar.

Bu il magistratura və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i də TQDK tərəfindən keçirilən qəbul imtahanlarında heç vaxt iştirak etməyib. Onlar müxtəlif yollarla - daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsilə ali məktəblərdə təhsil alıblar. Bundan başqa, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib”.

TQDK SƏDRİ MƏKTƏB RƏHBƏRLƏRİNİ QINAYIR...

Məleykə Abbaszadə bildirib ki, ötən il imtahan verən abituriyentlərin 46.9%-i (43 462 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb. O, bu məsələdə məktəb rəhbərlərini qınayıb:

“Bu abituriyentlər imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud cavabları təhlil aparmadan təsadüfi qaydada seçib. Təbii ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub...

Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin əsasən seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verirlər. Digər fənləri isə heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənilmir. Məktəb rəhbərlərinin bu vəziyyətə göz yumması halları mövcuddur”.

Nabatəli Qulamov
Nabatəli Qulamov

YALTAQLIQ VARSA, BİLİYƏ EHTİYAC YOXDUR...

Təhsil üzrə ekspert Nabatəli Qulamov da qəbul imtahanı göstəricilərinin aşağı olduğunu vurğulayır. O, bunu təhsilə olan marağın az olması ilə əlaqələndirir:

“Təhsil səviyyəsinin bərbad vəziyyətdə olması hər kəsə bəllidir. Bununla yanaşı cəmiyyətdə savad öyrənməyə həvəs də yoxdur. Çünki, savadlı kadrlara cəmiyyətdə tələbat yoxdur. Ona görə də heç kim bilik əldə etməyə maraq göstərmir.

Yəni bizdə biliyə qiymət verilmir. Hər kəs bilir ki, cəmiyyətdə özünə yer tutmaq üçün ona bilik yox, “dayday” lazımdır. Yaxud da yaxşı yaltaq olmalıdır ki, özünün həyat təminatını əldə etsin. Hesab olunur ki, başlıca yol budur, biliyə ehtiyac yoxdur”.

9-CU SİNİFDƏN SONRA QIZLARIN SAYI AZALMAĞA BAŞLAYIR...

Ötən il buraxılış imtahanlarında 90 min 500 nəfər iştirak edib. Bunun 56%-i qız, 44%-i isə oğlandır. Bəzi bölgələrdə gender göstəricisi kəskin dəyişir. Bu özünü daha çox Cənub bölgəsində göstərir. Lənkaran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonlarında 11-ci sinifi bitirənlərin cəmi 39%-i qızlardır. Bu da həmin bölgələrdə qızların 9-cu sinifdən sonra təhsillərini dayandırmaları ilə izah olunur.

XS
SM
MD
LG