Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:16

Bakı-2015-in medalları belə olacaq [Foto]


Medalları «Azərsuvenir» şirkəti Bakıda istehsal edib.
Medalları «Azərsuvenir» şirkəti Bakıda istehsal edib.

-

«Bakı-2015» brendinə uyğun şəkildə hazırlanmış və üzərində dekorativ təsvirlər əks olunan medallar 380 qramlıqdır.

Medalların tərtibatı «Soçi-2014» Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını hazırlamış məşhur zərgərlik brendi «Adamas» ilə azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur.

Medalları «Azərsuvenir» şirkəti Bakıda istehsal edib.

Medalın mərkəzində «Bakı-2015»in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

İyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.

XS
SM
MD
LG