Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:39

İranla nüvə sazişi razılaşdırıldı (Video)


Nüvə danışıqlarında razılıq əldə olundu
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Nüvə danışıqlarında razılıq əldə olundu

İran və qərb diplomatları İranla altılıq ölkələrinin çoxdan gözlənən nüvə razılaşmasını əldə etdiklərini bildirir

-

İran və qərb diplomatları İranla altılıq ölkələrinin çoxdan gözlənən nüvə razılaşmasını əldə etdiklərini bildirir.

“Ağır iş bəhrəsini verdi və biz sazişi möhürlədik,” adı çəkilməyən iranlı diplomat iyulun 14-də Reuters agentliyinə deyib.

The Associated Press adı çəkilməyən qərb diplomatına istinadla yazır ki, son əngəllər də aradan qaldırılıb.

Avropa Birliyi Vyanadakı danışıqların səhər 10:30-da başlanacaq görüşdə yekunlaşacağını bildirir. Danışıqları İranla Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar aparır.

18 gündür Avstriya paytaxtında aparılan danışıqların məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq və əvəzində sanksiyaları yüngülləşdirməkdir.

Qərb İranı nüvə silahı hazırlamaqda ittiham edir, Tehran bunu təkzib edir.

XS
SM
MD
LG