Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:38

Celtic- Qarabağ oyunu niyə yayımlanmadı?


-

Celtic - Qarabağ oyunu yayımlanacaq. Dövlət büdcəsindən maliyyələşən AzTv fəxrlə oyundan 1-2 saat qabaq bunu elan edir.

Oyun günü televiziyada yayım və internetdə AzTvnin saytında oyunu axtaranlar başqa bəyanat görür. Oyunun yayım hüququnu şotlandlar vermir. Məsuliyyət onların üzərindədir.

Sanki oyunu pulunu verib şotlantların özündən, ya elə onların satdığı SkySportsdan almag olmazdımı?

Dünyadakı bütün azərbaycanlıları birləşdirən tək şey Qarabağdı. Qarabağın özü 20 ildir işğal altındadır. Məsuliyyət beynəlxalq təşkilatların üzərindədir. Yaxşı, bu Qarabağ istəyən millətə heç olmasa Qarabağın oyununu göstərmək olmazdı? Lady Gagani milyon dollar verib Bakiya gətirmək olur, hansısa ərəb şahzadəsini Bakıya quşbazlığa gətirmək olur, amma Qarabağın oyunununa pul verib almaq olmur?

Ya Skysportsu izləməyə pulu ya Londonda malikanəsi olmayanlara adi futbolu da evində izləmək qəbahətdir?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Oyundan çəkilmiş görüntü
Oyundan çəkilmiş görüntü

XS
SM
MD
LG