Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:57

Cəmil Həsənli seçkilərdə iştiraka qarşıdır


Cəmil Həsənli
Cəmil Həsənli

-

«Mən seçkilərə qatılmamağa qərarlıyam».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli deyib. O, qəzet əməkdaşı ilə söhbətində daha çox Bakı Ağır Cinayətlər Məhkəməsinin binası önündə keçən yay aylarından, ölkədə baş verən son olaylardan və gözlənilən parlament seçkilərindən danışıb.

Bakıya gəlmiş ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun əməkdaşları ilə görüşündən da danışan Cəmil Həsənli deyib ki:

«Bir sıra mətbuat orqanları, xüsusilə hökumətin nəzarətində olan media ATƏT-in Varşava Bürosunun Azərbaycandakı parlament seçkilərini müşahidə edəcəyini yazırlar. Amma aparılan müzakirələrdən aydın oldu ki, hələ ATƏT-in belə bir qərarı yoxdur və bu səfərin əsas məqsədi Varşava Bürosunun ölkəmizdəki seçkiləri müşahidə edib-etmək üçün uzunmüddətli və qısamüddətli missiya göndərilməsi barədə yekun qərarını müəyyənləşdirməkdən ibarətdir. Yalnız bu səfərin yekunlarına görə məsələ aydın olacaq».

Cəmil Həsənliyə görə, ilk baxışda ATƏT-in Varşava Bürosunun müşahidəyə dəvət edilməsi müsbət addımdır. Amma müsbət nəticəyə, seçkilərin azad, ədalətli, demokratik keçirilməsinə hədəflənməyib bu addım.

«AZƏRBAYCANDA KASIBLIQ DÖVRÜ YAŞANIR»

«Azərbaycanda dövlətin də, əhalinin kasıblaşması dövrü başlayıb. Bunu rəsmi rəqəmlər də təsdiq edir». «Bizim Yol» qəzeti yazır ki, iqtisadçı-ekspert Qubad İbadoğlu bu fikirdədir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

O, Azərbaycanın hazırkı iqtisadi və sosial durumunu xarakterizə etmək üçün diqqəti iki məhsula cəlb etməyi lazım bilib. Onun fikrincə, bu məhsulların ixrac və idxalının son vəziyyəti bəzi həqiqətlərin üzərinə işıq salmağa kömək edər.

«Hər iki məhsul Azərbaycanda çox populyardır. Onlardan birincisi bir-birindən heç vaxt ayırmadığımız neft-qaz, ikincisi isə minik avtomobilləridir. Neftin ixracatı ölkənin iqtisadi durumunu, minik avtomobillərinin idxalı isə xalqın güzəranını qiymətləndirmək üçün istifadə oluna bilər», - deyə Q.İbadoğlu yazır.

Hər iki məhsulun idxal və ixracatında ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfəyədək azalmanın qeyd olunduğunu deyən ekspertin fikrincə, bu tendensiya onu təsdiq edir ki, ölkədə iqtisadi və sosial durum pisləşib. Bir tərəfdə neft-qaz qiymətlərinin ucuzlaşmasına görə ölkənin itirdiklərini digər maliyyə qaynaqları ilə əvəz edə bilməyən dövlət kasıblaşır, digər tərəfdən isə qazandığını daha çox yeyinti və əczaçılıq məhsullarına xərcləyən əhali müflisləşir.

Sevinc Fətəliyeva
Sevinc Fətəliyeva

«XARİCİ QÜVVƏLƏR UĞURLARI GÖRMƏK İSTƏMİR»

«Ölkəmizdə KİV-in inkişafı ilə bağlı görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti mətbuat və söz azadlığının qorunması, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və media nümayəndələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində uğurlu siyasət həyata keçirir. Amma müəyyən xarici qüvvələr uğurları görmək istəmir, hansısa bir hadisədən ölkəmizin əleyhinə sui-istifadə etməyə çalışırlar. Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın jurnalist Rasim Əliyevin həyatını itirməsinə münasibəti bu faktı bir daha təsdiqləyir».

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyevanın fikrincə, Azərbaycanda informasiya təminatının şəffaflığı üçün lazımi işlər görülüb və dövlətin bu istiqamətdə siyasi iradəsi var.

XS
SM
MD
LG