Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:42

Qəzetin prezidenti səhv anlaması aranı qatdı


Erdogan
Erdogan

Türkiyədə president Erdoganın 150-dək tərəfdarı sentyabrın 6-da “Hürriyyət” qəzetinin İstanbuldakı redaksiyasına hücum çəkiblər. Onlar qəzeti prezidentin dediklərini səhv yozmaqda ittiham ediblər.

Erdogan tərəfdarları redaksiyanı daşa basıblar, pəncərələri və qapını sındırıblar.

Həkəri vilayətinin Dağlıca bölgəsində PKK-nın etdiyi güman olunan hücumda Türkiyə əsgərləri həlak olandan sonra Erdogan A-Haber kanalına canlı müsahibəsində Türkiyədəki qarşıdurmaları şərh edərək deyib ki, “əgər onun partiyası 400 yer alsaydı (və bu da konstitusiyaya dəyişikliyə imkan verirdi), onda vəziyyət başqa olacaqdı”.

“Hürriyyət” qəzeti bu şərhdən belə nəticə çıxarıb ki, Erdogan Dağlıcadakı hücumu nəzərdə tutur.

“Hürriyyət” bununla bağlı social medaidabelə bir tvit qoyub:

“ Erdogandan Dağlıca şərhi: 400 yer qazanılsa idi, bu olmazdı”.

Ancaq bu tvit Erdoganı qəzəbləndirib.O, bunu əxlaqsızlıq, mənəviyyatsızlıq adlandırıb və deyib ki, “ Hürriyet qəzeti bu xəbəri sosial mediada paylaşıb, sonra da çıxardı, çünki yalançının şamı axşama qədər yanar”.

“Hürriyyət”-in tviti çıxarmağı AKP tərəfdarlarını daha da qəzəbləndirib və onlar redaksiyaya hücum ediblər.

XS
SM
MD
LG