Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:43

«Nabat» iki mükafat birdən aldı


Elçin Musaoğlu təltifetmə mərasimində.
Elçin Musaoğlu təltifetmə mərasimində.

-

Elçin Musaoğlunun «Nabat» bədii filmi XI Avrasiya Beynəlxalq Film Festivalında «Ən yaxşı rejissor» və «Ən yaxşı aktrisa» (Fatemeh Motamed Arya) mükafatlarına layiq görülüb.

Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının yaydığı xəbərə görə,19-25 sentyabr tarixlərində Almatıda keçirilən festivala qatılan rejissor Elçin Musaoğlu təltifetmə mərasimində də iştirak edib.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Azərbaycanfilm» kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdəbaş rolları Fatemeh Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

XS
SM
MD
LG