Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:36

İki Azərbaycan filmi beynəlxalq mükafat qazandı


«Nabat» bədii filmi
«Nabat» bədii filmi

-

Vyanada keçirilən «LET´S CEE» Beynəlxalq Film Festivalında iki Azərbaycan filmi mükafat qazanıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, festivalda Azərbaycan C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Axınla aşağı» və «Nabat» bədii filmləri ilə təmsil olunub.

«Ən yaxşı baş rol ifaçısı» nominasiyasında Elçin Musaoğlunun «Nabat» bədii filmində Nabat rolunun ifaçısı Fatemah Motamed-Aria qalib elan olunub.

Rejissor Asif Rüstəmovun ekranlaşdırdığı digər Azərbaycan filmi - «Axınla aşağı» isə «Ən ümidverici debüt» nominasiyasında fəxri mükafata layiq görülüb.

Filmlər «Urania», «Village Cinema» və «Actor´s Studio» kinoteatrlarında nümayiş etdirilib.

Xəbərdə deyilir ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqazın ən yaxşı filmlərinin nümayiş olunduğu «LET´S CEE» film festivalı prodüserlər, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır.

Xəbərdə vurğulanır ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və əməkdaşlığı sayəsində Azərbaycan artıq üçüncü ildir ki, bu beynəlxalq festivalda təmsil olunur.

XS
SM
MD
LG