Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:41

Sarkisian: "Rusiya ordusu Ermənistanın müdafiəsinə qoşulacaq"


Vigen Sargsian
Vigen Sargsian

“Birgə hərbi qruplaşmalar barədə razılaşma imzalanan kimi, Rusiya ordusu Ermənistan ərazisinin müdafiəsinə qoşula biləcək”.

Bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisian “Ermənstan” televiziya kanalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, Ermənistana hücum ediləcəyi halda Gümrüdəki Rusiya bazası da ölkənin müdafiəsinə cəlb olunmalıdır, amma bunun üçün beynəlxalq razılaşma çərçivəsində “hüquqi əsas” lazımdır.

Ermənistanın yeni müdafiə naziri Vigen Sarkisian noyabrın 27-dən 30-dək Moskvada rəsmi səfərdədir.

Ermənistan prezidenti Serz Sarkisian bundan əvvəl ölkə ərazisində Rusiya istehsalı olan “İskander” raketləri yerləşdirilməsi və Rusiya prezidenti Vladimir Putinin birgə hərbi qruplaşmalar yaradılmasına razılıq verdiyini demişdi.

Putin həmçinin Ryusiyanın müdafiə nazirliyinə Ermənistan tərəfi ilə danışıqlar aparmaq və birgə hərbi qruplaşmalar yaradılması ilə bağlı Rusiya Federasiyasının adından razılaşma imzalamağı tapşırmışdı.

Rusiyalı hərbi ekspert Vladimir Yevseyev hesab edir ki, Rusiya bu razılaşma çərçivəsində Ermənistana əlavə silahlar, ilk növbədə də Dağlıq Qarabağdakı münaqişə xəttində balansı bərpa eləmək üçün pilotsuz aparatlar göndərəck.

XS
SM
MD
LG