Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:45

Şəkinin turist xəritəsi hazırdır


Şəkinin turist xəritəsi
Şəkinin turist xəritəsi

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, xəritə bu qurumun sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.

Turistlər bu xəritə vasitəsi ilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilərlər.

Buna da bax:​ Şəkini tanıdan sənət: yapışqansız, mismarsız şəbəkə...

Bələdçi xəritəsi Şəkinin məşhur görməli yerlərinə (Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaray, Kiş məbədi və digər məkanlar, muzeylər) ən qısa marşrutu tapmağa köməklik edir, eləcə də, rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumat verir.

Turist xəritəsini ölkədə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Şəkidə fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.

Buna da bax: «Şəki ipəyini sevən» Fransa siyasətçisini korrupsiyada ittiham edirlər

Hazırda Nazirliyinin sifarişi ilə - Gəncə, Masallı, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində iş gedir.

XS
SM
MD
LG