Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:44

Almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi


Almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi
Almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi açılıb.

Parisdə UNESCO-nun baş qərargahında almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkil etdiyi sərginin açılış mərasimi olub.

Nazirliyin yaydığı xəbərə görə, açılışda Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, müxtəlif ölkələrin UNESCO yanında səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Buna da bax:​ Azərbaycan Almaniyaya böyük hesabla məğlub oldu

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrdən danışıb. Almanların Azərbaycana gəlişinin tarixindən, onların yerli mühitə asanlıqla inteqrasiyasından söz açıb. Səfir bildirib ki, dini ayinlərini azad şəkildə həyata keçirən almanlar Azərbaycanda bir neçə kilsə də tikiblər.

UNESCO baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt sərginin Azərbaycanı yaxından tanımağa imkan verdiyini xatırladıb: “Sərgi ölkənizin multikultural olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqların harmoniyada yaşadığından xəbər verir ki, bu da UNESCO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür”, - deyə E. Falt vurğulayıb.

Buna da bax:​ Azərbaycan tarixçiləri Bağırov cinayətlərinə necə haqq qazandırır...

Açılış mərasiminin iştirakçıları gənc pianoçu Etibar ƏsədliVurğun Vəkilovun ifasında səsləndirilən Azərbaycan və alman bəstəkarlarının klassik musiqi sədaları altında sərgi ilə tanış olub və fikir mübadiləsi aparıblar.

2016-cı ildə Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzalayıb. Yubiley münasibətilə Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda sərgilər təşkil olunub.

XS
SM
MD
LG