Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:46

Özbəkistanda məşhur türk serialını niyə qadağan etdilər


Özbəkistan - Buxarada məscid
Özbəkistan - Buxarada məscid

Özbəkistanda Türkiyə istehsalı olan məşhur "Qara sevda" serialının yayımını dayandırıblar.

Bu barədə Azadlıq Radiosunun Orta Asiya xidmətləri yazır.

Müşahidəçilər bildirirlər ki, bu, yeni prezident Şavkat Mirziyayevin İslama fərqli yanaşmasının göstəricisidir.

Serialdan həm radikal islamçılar, həm də mötədil din xadimləri, daha dəqiqi Özbəkistan Müsəlmanları Ruhani İdarəsi gileylənirdi.

Buna oxşar qərarların verilməsini keçmiş prezident İslam Kərimovun dövründə heç kim ağlına gətirməzdi.

Kərimov dindarları ciddi nəzarət altında saxlardı və heç zaman onların sözüylə qərar verməzdi.

"Qara sevda"nın yayımı 2015-ci ildə Türkiyədə başlanıb və serial indi 70-dən çox ölkədə nümayiş olunur.

Britaniyanın Chatham House beynəlxalq əlaqələr institutunun "Rusiya-Avrasiya" proqramının elmi işçisi Annet Bor deyir ki, Mirziyayev mötədil İslamın cəmiyyətdəki rolunu gücləndirməyə çalışır.

Serialda gənc qız valideynlərinin onu varlı biznesmenə ərə vermək planlarına qarşı çıxır və sevdiyi oğlanla - kasıb bərbərin oğlu ilə eşq yaşayır.

Filmin mövzuları arasında məcburi evlilik nikahdankənar seks, arzuolunmaz hamiləlik və s. də yer alır.

Özbəkistan - Prezident Mirziyoyev (solda)
Özbəkistan - Prezident Mirziyoyev (solda)

Serial "Emmi" beynəlxalq mükafatına da layiq görülüb. Dünyanın 50-dən çox dilinə çevrilib.

Serialın İran, Əfqanıstan, Azərbaycan, Albaniya, Makedoniya, Latın Amerikası ölkələrində yüksək reytinqi var.

Özbəkistanda serial "Sevgi iztirabı" adlanır. Onu 2017-ci ilin avqustundan göstərməyə başlayıblar.

Fevral ayında serialın yayımını dayandırmaq çağırışları çoxalıb.

Azon.ru adlanan sayt seriala qarşı 5 məqalə çap edib, seriala baxanların günaha batdığını yazıb, filmi dublyaj edən artistlərin isə haram iş tutduqlarını bildirib.

Özbəkistan Müsəlmanları Ruhani İdarəsi də serialı tənqid edib, onun Qərb cəmiyyətinin pis vərdişlərini Özbəkistana gətirdiyini deyib.

Serialı nümayiş etdirən ZO'RTV bugünlərdə yayımı dayandırıb. Telekanalın adının çəkilməsini istəməyən əməkdaşı bunu "yuxarıdan gələn göstərişlə" əlaqələndirib.

Buna da bax: Qadağaya baxmayaraq, toylar yenə dəbdəbəli keçirilir

Qadağaya baxmayaraq, toylar yenə dəbdəbəli keçirilir
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

XS
SM
MD
LG