Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:38

Bayden fələstinlilərə yardımı bərpa edir


Fələstinli qaçqın məktəbli qız və İsrail əsgərləri (Foto arxivdəndir)
Fələstinli qaçqın məktəbli qız və İsrail əsgərləri (Foto arxivdəndir)

Birləşmiş Ştatlar bildirir ki, Vaşinqton fələstinlilərə 235 milyon dollarlıq yardım göstərəcək.

Beləliklə Vaşinqton fələstinlilərə BMT xətti ilə ABŞ yardımlarını bərpa edib.

Bu yardımları keçmiş prezident Donald Tramp dayandırmışdı.

ABŞ-ın indiki yardım paketinə BMT-nin fələstin qaçqınlarına dəstək fonduna ayrılan 150 milyon dollar daxildir.

Bu yardım qaçqın kimi qeydiyyatdan keçmiş 5.7 milyon fələstinliyə göstərilir.

Bu barədə məlumatı aprelin 7-də ABŞ dövlət katibi Entoni Blinken verib.

ABŞ-ın yardım planında habelə iqtisadi inkişaf proqramına 75 milyon və sülhyaratma proqramlarına 10 milyon dollar ayrılması nəzərdə tutulur.

Prezident Co Bayden hələ seçki kampaniyasında fələstinlilərə yardımın dayandırılmasını qərəzli elan etmiş və bəzi yardım paketlərinin bərpa olunacağını bildirmişdi.

Fələstinlilər razı, israillilərnarazı qalıb

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Əhməd Əbu Huli deyib ki, o bu “çox mühüm dəstəyə” görə ABŞ Dövlət Departamentinə fələstinlilərin təşəkkürün bildirəcək.

İsrailin Birləşmiş Ştatlardakı səfiri Gilad Erdan isə ABŞ-ın Fələstinə yardım fondunu bərpa etməsindən “məyusluq və narazılıq” ifadə edib.

Səfir deyib ki, bu yardımın bərpa edilməsindən əvvəl fələstinlilərdən müəyyən islahatlar istənməli və onların tədris proqarımdan antisemit məzmunun çıxarılması tələb olunmalıydı.

Bu arada prezident Bayden İordaniya kralı II Abdulla ilə telefon söhbətində İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət prinsipini dəstəklədiyini deyib.

Tramp administrasiyası fələstinlilərə demək olar bütün yardımları 2018-ci ildə dayandırmış və Fələstin Hakimiyyəti ilə əlaqalərini kəsmişdi.

Təhlilçilər bildirirlər ki, Bayden administrasiyası Konqreslə məsləhətləşmələr başa çatmadan Fələstin Hakimiyyətinə birbaşa iqtisadi yardımları çox güman indilik bərpa etməyəcək.

XS
SM
MD
LG