Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:54

Avropada qazın qiyməti qalxır


İllüstrativ foto
İllüstrativ foto

Avropa Parlamenti qiymətin artmasına görə “Gazprom” şirkətindən şübhələnir

Avropada qazın min kubmetrinin qiyməti ICE birjasında tarixdə ilk dəfə min dolları keçib. Daha öncəki maksimum hədd 2018-ci ilin martında qeydə alınmışdı – min kubmetr qaz 969 dollara satılmışdı.

Payızda qazın bahalanması ilə əlaqədar Avropa Birliyinin bəzi üzvləri qaz və elektrik enerjisi tariflərini məhdudlaşdırmaq üçün təcili addımlar atıb.

Ermənistan qazın qiymətində Rusiya ilə razılaşa bilmir
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Gazprom-dan şübhələnirlər

Avropa Parlamenti qiymətin artmasına görə “Gazprom” şirkətindən şübhələnir. Rusiya şirkəti isə çatdırılmaların həcmini artırmağa çalışdığını bildirib. Kreml “Şimal axını-2” kəmərinin işə salınması ilə qiymətlərdə balans yaranacağını bildirir. Bu kəmərlə Rusiya qazı Baltik dənizinin dibiylə Almaniyaya çatdırılacaq.

Budapeşt də Gazprom-la 15 illik qaz kontraktı imzalayıb. Müqaviləyə görə, Macarıstan ilə 4.5 milyard kubmetr qaz əldə edəcək. Bunun 3.5 milyard kubmetri Serbiya vasitəsilə (Türk axını kəməri ilə), bir milyardı Avstriya ərazisindən çatdırılacaq.

Ukraynanın Xarici İşlər Nazirliyi Macarıstanın Ukraynadan yan keçməklə qaz təchizatı razılaşmasından “təəssüfünü və məyusluğunu” bildirib.

“Şimal axını-2” layihəsi üzrə Birləşmiş Ştatlar və Almaniya razılığa gələ biliblər. Rusiya kəmərinin tikintisi ABŞ-ın əlavə sanksiyaları olmadan tamamlanır. Ukrayna ilə Polşa bu sövdələşməyə qarşı çıxıb, onun “Ukrayna və Mərkəzi Avropaya əlavə siyasi, hərbi və enerji təhdidləri” yaradacağını bəyan ediblər.

XS
SM
MD
LG