Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:54

Facebook, WhatsApp və Instagram-a giriş bərpa olundu


Adı çəkilən platformalara oktyabrın 4-də ABŞ və Britaniya da daxil bir neçə ölkədə daxil olmaq mümkün deyildi

Facebook, WhatsApp və Instagram oktyabrın 4-də saatlarla işləmədikdən sonra nəhayət bu platformalara giriş təmin olunub.

Ötən gün ərzində bu xidmətlərə nə stasionar kompüterlərdən, nə də smartfonlardan giriş mümkün deyildi.

Saytların internetdən çıxmasını izləyən Downdetector saytı yazır ki, bu, sözü gedən platformaların tarixində ən böyük kəsinti idi.

Facebook, Instagram və WhatsApp bir çox ölkələrdə işləmir

Facebook etiraf edib ki, onun istifadəçiləri Instagram və WhatsApp da daxil tətbiqlərə giriş çətinliyi çəkirlər.

Adı çəkilən platformalara oktyabrın 4-də ABŞ və Britaniya da daxil bir neçə ölkədə daxil olmaq mümkün deyildi.

Bu platformalara giriş sözü gedən ölkələrdə Qrinviç vaxtı ilə saat 17-dən mümkün deyil.

Downdetector bloqpostu problemin qlobal olduğunu xəbər verir. Sayt bunu çox nadir hadisə adlandırır.

İstifadəçilərin 72 faizi saytlara girişin mümkün olmadığını, qalanları isə rabitənin işləmədiyini deyirlər.

Facebook-un sözçüsü Endi Stoun Twitter hesabından yazır ki, şirkət problemdən agahdır və hazırda saytların işlək vəziyyətə gətirilməsi üçün cəhdlər edilir.

Bu da qeyd olunur ki, Facebook 2019-cu ildən bəri ilk dəfədir belə problemlə üzləşir.

XS
SM
MD
LG