Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:25

Kadırov ‘tanınmış insan haqları müdafiəçisi’ elan edildi


Ramzan Kadırov (sağda)
Ramzan Kadırov (sağda)

İnsan haqları müdafiəçiləri illərdir Ramzan Kadırovu ağır insan haqları pozuntularında ittiham edir

Çeçenistan Şimali Qafqaz regionunun başçısı Ramzan Kadırov və valideynləri regional insan haqları ombudsmanı tərəfindən “tanınmış insan haqları müdafiəçiləri” elan olunub.

Dekabrın 30-da Qroznıda keçirilən mərasimə Kadırov qatılmayıb. Ombudsman Nurdi Nuxajiyev deyib ki, Kadırov ailəsi “insan haqlarının təmin olunması və dövlətin möhkəmləndirilməsinə... nəhəng töhfə” verib.

Mərasimin videosunu internetə Qroznı dövlət televiziyası yerləşdirib.

Valideynləri, qızı...

Kadırovun atası, keçmiş prezident Əhməd Kadırov və anası Aimani Kadırovaya da medal verilib. Əhməd Kadırov 2003-cü ildən Çeçenistan prezidenti olub, 2004-cü ilin mayında qətlə yetirilib.

Bu ayın əvvəlində Kadırovun qızı, Çeçenistanın Mədəniyyət naziri Ayşad Kadırovaya İnsan Haqlarının Müdafiəsinə görə medalı verilib.

Rusiyanın və beynəlxalq insan haqları müdafiəçiləri isə illərdir Ramzan Kadırovu adam oğurluğu, işgəncə, məhkəməsiz qətllər, LGBT icmasının təqibi kimi ağır insan haqları pozuntularında ittiham edir.

XS
SM
MD
LG