Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:13

Türkiyə Moskva ilə heç bir yeni silah razılaşmasının olmadığını bildirir


Türkiyənin Mürted hərbi hava limanında Rusiya istehsalı S-400 komponentlərinin daşınması (Arxiv fotosu)
Türkiyənin Mürted hərbi hava limanında Rusiya istehsalı S-400 komponentlərinin daşınması (Arxiv fotosu)

Türkiyə müdafiə raəsmilərindən biri avqustun 16-da deyib ki, Moskvadan yayılan xəbəri təkzib edib

Rusiyanın dövlət xəbər agentliyinin məlumatına görə Rusiya və Türkiyə arasında Rusiya istehsalı hava hücumundan müdafiə raket sistemi S-400-ün ikinci dəstinin Ankaraya göndərilməsinə dair müqavilə imzalanıb.

Lakin Türkiyənin müdafiə rəsmilərindən biri bu məlumatı dərhal şübhə altına alıb.

TASS xəbər agentliyi Rusiya hərbi əməkdaşlıq xidmətinin rəhbəri Dmitri Şuqayevə istinadən bildirir ki, müvafiq müqavilə artıq imzalanıb və bu sənəd S-400 sisteminin bəzi hissə və komponentlərinin Türkiyədə istehsalını nəzərdə tutur.

Reuters agentliyinin xəbərində xatırladılır ki, Türkiyə 2020-ci ildə Rusiya istehsalı S-400 raket sisteminin birinci dəstini alanda ABŞ-ı və bir sıra NATO müttəfiqlərini hiddətləndirmişdi.

Bunun ardınca Birləşmiş Ştatlar Ankara üzərinə sanksiyalar elan etmişdi.

Təzə xəbərlik heç nə yoxdur

Türkiyə müdafiə raəsmilərindən biri avqustun 16-da deyib ki, Ankara və Moskva arasında bu sahədə heç bir yeni müqavilə yoxdur:

"Rusiyadan S-400-ün alınması barədə ilkin razılaşmada artıq söhbət iki dəstin alınmasından gedirdi. İkinci dəstin alınması birinci dəstə aid müqavilədə nəzərdə tutulmuşdu”.

Rəsmi daha sonra əlavə edib:

"Hazırda ikinci dəstin çatdırılmasına dair texniki danışıqlar davam etdirilir. Bura Türkiyənin bu sistemlərdəki mühəndislik payı, hansı komponentlərin Türkiyədə istehsal olunacağı da daxildir. Odur ki, bu məsələdə konkret təzə xəbərlik heç nə baş verməyib. Proses davam edir və heç bir yeni razılaşmalar yoxdur”.

Reuters yazır ki, Rusiya və Türkiyə arasında hər hansı yeni müdafiə müqaviləsi Rusiyanın Ukraynaya müdaxiləsinə görə onu təcrid etməyə və NATO-nun birliyini qoruyub saxlamağa çalışan Vaşinqtonun ciddi narahatlığına səbəb ola bilərdi.

Türkiyənin vasitəçiliyi

Türkiyə və Rusiya arasında S-400 yer-göy raketləri sisteminin alqı-satqısına dair deyilənə görə 2.5 milyard dollarlıq ilk müqavilə 2017-ci ildə imzalanıb.

S-400 sisteminin birinci dəsti Türkiyəyə 2019-cu ildə çatdırılıb.

Buna cavab olaraq Birləşmiş Ştatlar 2020-ci ilin dekabrında Türkiyənin müdafiə sənayesi üzərinə sanksiyalar qoyub və Ankara F-35 təkmil qırıcı proqramından xaric edilib.

Bu proqramda Türkiyə həm alıcı, həm də isttehsalçı qismində iştirak edirdi.

Ankara ona qarşı sanksiyaları ədalətsiz adlandırır.

Türkiyə Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmasa da, Moskva Ukraynada müharibəyə başlayandan iki vuruşan tərəf arasında vasitəçilik etməyə çalışır.

Belə vasitəçiliklərdən biri Ukrayna taxılının Qara dənizlə daşınmasının bərpasına dair razılaşma ilə nəticələnib.

XS
SM
MD
LG