Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:31

Rusiya nümayəndələri Davos forumunda yoxdur


Davos forumunda
Davos forumunda

Davosda yanvarın 16-da açılmış Dünya İqtisadi Forumunda Rusiya nümayəndələri iştirak etmirlər.

Bu barədə məlumatı Bloomberg agentliyi forum iştirakçılarının siyahısına istinadla verib.

Xəbərdə deyilir ki, Ukraynada müharibə və Rusiyanın Qərbdə kəskin tənqid olunması Rusiya oliqarxlarının bu forumda iştirakını mümkünsüz edib.

Bu da qeyd olunur ki, Davos forumunda Çinin nümayəndələri də olmayacaq, amma bu, ölkədə COVID epidemiyasının tüğyan etməsi və iqtisadi fəallığın kəskin azalması ilə bağlıdır.

Buna baxmayaraq forumda Çin baş nazirinin müavini Lyu He çıxış edəcək.

116 milyarder

Builki Davos Dünya Beynəlxalq İqtisadi Forumunda 116 milyarder iştirak edir. Bu on il əvvəl olduğundan 40 faiz çoxdur.

Forumda Fars körfəzi ölkələrindən və Hindistandan olan nümayəndələrin sayı xüsusilə artıb.

Bu forumda ənənəvi olaraq ən çox milyarder ABŞ-ı təmsil edir. Bununla müqayisədə Avropa İttifaqı ölkələrindən forumda cəmi 18 milyarder var.

Bu forumda Britaniyanı yalnız poladəritmə nəhəngi Lakşmi Mittal təmsil edir.

Ukrayna müharibəsi də müzakirə olunacaq

COVID-19 pandemiyasından sonra may ayında açılan ilk əyani forumda da Rusiyadan heç kim yox idi.

Onların iştirak etməməsi Ukraynada müharibə ilə bağlı idi.

1990-cı illərdən başlayaraq Davos forumunda iştirak Rusiya biznesmenləri üçün böyük prestij sayılırdı, həm də bunun Moskva üçün siyasi əhəmiyyəti vardı.

Bloomberg yazır ki, Rusiyada 1996-cı il prezident seçkisindən əvvəl Davosda bu mövzuda müzakirələr olmuşdu.

2000-ci ilin forumunda isə Rusiya nümayəndə heyətinə “cənab Putin kimdir?” sualı verilmişdi.

Rusiya biznesmenləri pandemiyadan əvvəl bütün Davos forumlarında iştirak ediblər.

Bu da məlumdur ki, Davosda bir neçə ölkə liderlərinin iştirakı ilə habelə Ukrayna müharibəsi də daxil siyasi məsələlər və dezinformasiyaya qarşı mübarizənin problemləri müzakirə olunacaq.

XS
SM
MD
LG