Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:34

Separatçılar Azərbaycanla danışıqlardan sonra nə deyirlər


Qarabağ erməniləri narahatdı: Sərsəngdə suyun səviyyəsi 25 metr düşdü
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Qarabağ erməniləri narahatdı: Sərsəngdə suyun səviyyəsi 25 metr düşdü

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Qarabağ separatçılarının “prezidenti” kimi təqdim olunan Araryik Arutyunyan martın 1-də Azərbaycan nümayəndələri ilə görüşdən sonra deyib ki, Azərbaycanla hər hansı şəkildə inteqrasiya məsələsi istisna olunur.

O deyib ki, “biz Qarabağ hərəkatına sadiqik və müstəqillik yolundan bir addım da geri çəkilməyəcəyik”.

Lakin Arayik Arutyunyanın mətbuat xidmətindən verilən bəyanatda deyilir ki, bu heç də Azərbaycan tərəfi ilə infrastruktur və humanitar xarakterli təmaslardan imtina ediləcəyi anlamına gəlmir.

Arutyunyanın bəyanatında deyilir:

“Amma münaqişənin tənzimlənməsinə gəldikdə isə, fevralın 23-də dediyim kimi, bunun üçün müəyyən şərtlər və beynəlxalq format təmin edilməlidir”.

Arayik Arutyunyan deyib ki, onun “hökuməti” “sosial-iqtisadi yükün yüngülləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması” üçün əlindən gələni edəcək.

Sərsəng su anbarı quruyur
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

“Azərbaycan-Qarabağ münaqişəsi”

Qarabağ separatçılarının liderləri bir daha bildiriblər ki, “Qarabağın siyasi statusu” ilə bağlı məsələ Azərbaycan nümayəndələri ilə müzakirə olunmayıb:

“Azərbaycan tərəfinin görüşün nəticələri barədə verdiyi şərhlər həqiqətə uyğun deyil. “Artsax (Qarabağ-red) respublikası” onun xalqının 1991-ci il referendumu ilə təsbit edilmiş seçiminə - öz müqəddəratını təyinetmə və müstəqillik yoluna sadiq olaraq qalır”.

Bəyanatda daha sonra deyilir ki, təxirəsalınmaz məsələlərin həllinə həsr olunan belə müzakirələr “Azərbaycan-Qarabağ münaqişəsinin” həlli üçün tammənalı “sülh danışıqlarını” əvəz edə bilməz:

“Azərbaycan tərəfindən qanunsuz güc tətbiqinin və ya hədəsinin nəticələri sülh, sabitlik və təhlükəsizliyə gedən yolun çıxış nöqtəsi ola bilməz”.

Bundan əvvəl Araryik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan görüşün "konstruktiv" keçdiyini və təmasların davam etdiriləcəyini bildirmişdi.

Samvel Babayan: “Azərbaycan investisiya qoysun”

Bu arada Qarabağın təninmiş separatçı liderlərindən biri, Qarabağın “keçmiş müdafiə naziri” kimi təqdim olunan Samvel Babayan Ermənistan mediasına müsahibəsində deyib ki, o Azərbaycanın Dəmirli yataqlarına sahib olmasına və ora investisiya qoymasına qarşı deyil.

Onun sözlərinə görə Azərbaycan tərəfi ilə Bakının son iki ildə daim səsləndirdiyi 5 bənd üzrə aparıla biləcək danışıqlarda fayda ola bilər:

“Bəziləri tərksilahdan danışırlar, bir başqaları başqa şeylərdən. Biz öz tərəfimizdən öz cavabımızı açıqlamışıq. Bəziləri bunu yaxşı qəbul etməyiblər. Amma söhbət status və sair barədə danışıqlardan getmir. Söhbət qarşılıqlı etimaddan gedir”.

Babayanın fikrincə, məsələn, Qarabağ Azərbaycana yayda su verə bilər, onlar isə əvəzində elektrik enerjisi.

Samvel Babayan
Samvel Babayan

“Nə fərqi var sərmayəni kim qoyur?”

O bildirib ki, Dəmirli yatağını ən tez bir zamanda dövlət əmlakı etmək lazımdır. Babayanın dediyinə görə Qarabağın ərazisində zavod fəaliyyət göstərməli, orada adamlar işləməli, emalla məşğul olmalı və yekun məhsulu satmalıdırlar:

“Əgər azərbaycanlılar istəsələr, ya özləri sərmayə qoysunlar, ya da investor dəvət etsinlər. Heç kim bunun əleyhinə ola bilməz. Mənə nə fərqi var investisiyanı kim edir: azərbaycanlı, iranlı, yoxsa Rusiya. Məhsul onlara qalır. Burda nə problem var ki?”

Babayan deyib ki, “Azərbaycanın bura investisiya qoyub tanımadığı Qarabağa vergi ödəməsi daha yaxşıdır”.

Babayanın sözlərinə görə əgər Azərbaycanda qarşılıqlı etimad yaratmaq istəyi varsa, “başımızın üstündə avtomatla dayanıb, tərksilah tələb etmək yox, qoşunları çəkmək, bəzi adamlar barəsində axtarışı dayandırmaq və yalnız bundan sonra hansısa problemlərin həllindən danışmaq lazımdır”.

O deyib ki, əgər Azərbaycan danışıqların gedişində qarşılıqlı etimad istəmədiyini, münaqişəni davam etdirmək istədiyini nümayiş etdirsə, onda bunu vasitəçilərə izah etmək olar.

Simonyan: 'Hesab edirəm ki, Qarabağ məsələsi sülh sazişinə salınmamalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Xocalıda görüş

Azərbaycan rəsmiləri bugün, martın 1-də Qarabağda erməni icmasının təmsilçiləri ilə görüşüb.

Martın 1-də Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutub. Bu barədə rəsmi məlumatda deyilir:

"Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət... monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib".

Bildirildiyinə görə, görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

"Təmaslar davam etdiriləcək", - məlumatın sonunda vurğulanır.

Qarabağdakı separatçı rejim Azərbaycanla müəyyən razılığa gəldiklərini deyir
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma, hələlik, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG